Acılıqdan əziyyət çəkən şəxs

Təhlükəli xəbərdarlıq: Dünya sürətlə aclığa doğru gedir

17
(Yenilənib 12:27 10.06.2020)
Bu il COVID-19 böhranı səbəbindən bütün dünyada daha 49 milyon insan ifrat yoxsulluq vəziyyətinə düşə bilər.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 10 iyun — Sputnik. BMT-nin baş katibi Antonio Quterreş qida təhlükəsizliyinə dair analitik icmalla bağlı videomüraciət edib.

Sputnik Azərbaycan A.Quterreşin müraciətini təqdim edir:

"7,8 milyard təşkil edən dünya əhalisini təmin etmək üçün kifayət qədər ərzaq var. Lakin hazırda 820 milyondan çox insan ac qalır. 5 yaşa qədər təxminən 144 milyon uşaq böyümədə gecikir – bu, dünyadakı uşaqların beşdə birindən çoxdur. Ərzaq sistemlərimiz yaxşı işləmir və COVID-19 pandemiyası vəziyyəti daha da ağırlaşdırır. Təcili tədbirlər görülməsə qlobal ərzaq sahəsində fövqəladə vəziyyətin qaçılmazlığı aydın görünür. Bu isə yüz milyonlarla uşaq və böyüklərə uzunmüddətli təsir göstərə bilər.

Bu il COVID-19 böhranı səbəbindən daha 49 milyon insan ifrat yoxsulluq vəziyyətinə düşə bilər. Qida çatışmazlığı ilə üzləşən insanların sayı sürətlə artacaq. Ümumi Daxili Məhsulun bir faiz düşməsi böyümədə gecikən uşaqların sayının 0,7 milyon artması deməkdir. Hətta ərzağın bol olduğu ölkələrdə belə ərzaq təchizatı zəncirində fasilələrin yaranma riskini görürük.

Pandemiyaya qarşı mübarizə səylərimizin ən pis təsirlərinin qarşısını almaq üçün indi hərəkət etməliyik. Bu gün mən COVİD-19-un ərzaq təhlükəsizliyi və qidalanmaya təsiri ilə bağlı analitik icmalı təqdim edirəm. Onun üç aydın nəticəsi var. Birincisi, səylərimizi insanların həyatını xilas etməyə və həyat düzənini qorumağa yönəltməliyik, risk dərəcəsinin yüksək olduğu sahələrə diqqət yetirməliyik. Bu, o deməkdir ki, qida xidmətlərini ən vacib xidmətlər sırasına aid etmək, həmçinin qida sənayesi işçilərinin lazımi müdafiəsini təmin etmək lazımdır. Bu o deməkdir ki, həssas qruplar üçün zəruri humanitar ərzaq, yaşayış və qida yardımı davam etdirilməlidir.

Bu, həmçinin o deməkdir ki, ərzaq böhranı yaşayan ölkələrə sosial müdafiə sistemlərinin möhkəmləndirilməsi və genişləndirilməsi üçün ərzaq təchizatı təmin edilməlidir. Ölkələr qida sənayesi, daşınma və yerli ərzaq bazarlarına dəstəyi artırmalı və ərzaq sistemlərinin davamlı işləməsini təmin etmək üçün ticarət dəhlizlərini açıq saxlamalıdırlar. Onlar həmçinin yardım və iqtisadi stimul paketlərin əhalinin ən həssas qruplarına çatmasını, o cümlədən kiçik ərzaq istehsalçılarının və kənd müəssisələrin likvidlik ehtiyaclarının ödənilməsini təmin etməlidirlər. İkincisi, qidalanma sahəsində sosial müdafiə sistemlərini gücləndirməliyik.

Ölkələr təhlükəsiz və doydurucu qidanın əlçatan olmasını təmin etməlidirlər, xüsusilə də azyaşlı uşaqlar, hamilə və süd verən qadınlar, yaşlılar və digər risk qruplarının nümayəndələri üçün. Ölkələr həmçinin ərzaq təminatı baxımından risk altında olan insanların maraqlarına uyğun olaraq sosial müdafiə proqramlarını tənzimləməli və genişləndirməlidirlər. Bura hazırda məktəb yeməklərindən məhrum olan uşaqlara dəstək də daxildir. Üçüncüsü, gələcəyə sərmayə yatırmalıyıq.

Daha inklüziv və dayanıqlı dünya qurmaq imkanımız var. Gəlin, ərzaq məhsulları istehsalçılarının və qida sənayesi işçilərinin tələbatını daha yaxşı ödəyən ərzaq sistemləri yaradaq. Aclığa son qoymaq üçün sağlam və doydurucu qidaların daha əlçatan olmasını təmin edək. Gəlin, ərzaq sistemlərinin ətraf mühitlə əlaqəsini elə tarazlaşdıraq ki, onlar təbiətə və iqlimə daha yaxşı təsir göstərsinlər.

Unutmamalıyıq ki, qida sistemləri istixana qazı tullantılarının 29 faizini, o cümlədən metanın 44 faizini təşkil edir və biomüxtəlifliyə mənfi təsir göstərir. Əgər bu gün yayımlanan analitik icmalda deyilənləri və bundan daha artıq iş görsək, COVİD-19-un qida təhlükəsizliyi və qidalanmaya ən pis təsirlərinin qarşısını ala bilərik. Biz bunu həyata keçirməli olduğumuz yaşıl iqtisadiyyata keçidi dəstəkləyən bir şəkildə edə bilərik. Təşəkkür edirəm".

17
Dərslərini etdən məktəbli, arxiv şəkli

Sizin əlinizdədir! Uşaqların riyazi bacarıqları valideynlərin davranışından asılıdır

6
(Yenilənib 00:35 10.07.2020)
Alimlər uşaqların hansı şəraitdə yaşadığını və valideynləri ilə münasibətlərinin necə olduğunu araşdırıb və bu infomasiyaları riyazi testlərin nəticələri ilə uyğunlaşdırıb.

BAKI, 9 iyul — Sputnik. Böyük Britaniyanın Uels universitetinin nümayəndələri uşaqların elmə, eyni zamanda riyazi elmlər üzrə bacarıqlarını artırma yollarını müəyyən edib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, araşdırmaya 1991-ci il aprelin 1-dən 1992-ci il dekabrın 21-nə qədər doğulan uşaqlar cəlb edilib.

Müəyyən edilib ki, öyrənmə bacarığına ailə vəziyyəti birbaşa təsir edir.

Alimlər uşaqların hansı şəraitdə yaşadığını və valideynləri ilə münasibətlərinin necə olduğunu araşdırıb və bu informasiyaları riyazi testlərin nəticələri ilə uyğunlaşdırıblar.

Araşdırma müəllifləri müəyyən ediblər ki, uşaqları ilə harmoniya ilə işləməyi bacaran valideynlərin uşaqları böyük nailiyyətlər əldə edə bilirlər. Buna validyenlərin təhsil səviyyəsi də təsir edir.

Daha əvvəl isə alimlər ətirli çubuqların daha effektiv təhsil almağa təsir etdiyini açıqlamışdı. Müəyyən edilmişdi ki, məşğələ zamanı məkanın qızılgül ətirli olması uşaqlara daha çox motivasiya verir.

6
 İstanbulda epdimioloji vəziyyət

Türkiyədə koronovirusdan sağalanların sayı 190 mini keçdi

4
(Yenilənib 22:08 09.07.2020)
Son 24 saatda 50 103 şübhəli koronavirus testindən keçib, onlardan 1024-nün cavabı pozitiv çıxıb. Bu gün daha 2897 xəstə sağalıb.

BAKI, 9 iyul – Sputnik. Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 18 nəfər ölüb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb. 

Nazir bildirib ki, son 24 saatda 50 103 şübhəli koronavirus testindən keçib, onlardan 1024-nün cavabı pozitiv çıxıb. Bu gün daha 2897 xəstə sağalıb.

Türkiyədə indiyədək 209 962 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5300 nəfər ölüb, 190 390 nəfər müalicə olunaraq evə buraxılıb.

4