Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Müflis olmağa hazırlaşan ABŞ şirkətinin qiyməti qəfil qalxdı

© AFP 2023 / Getty Images/ SPENCER PLATTТрейдеры во время работы на Фондовой бирже в Нью-Йорке, фото из архива
Трейдеры во время работы на Фондовой бирже в Нью-Йорке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yalnız sessiya bağlanandan sonra məlum olub ki, şirkət müflis olmağı haqda bəyanat verməyə hazırlaşır.

BAKI, 10 iyun — Sputnik.  ABŞ-ın şist neft yataqlarının işlənməsi ilə məşğul olan və bu günlərdə müflis olduğunu elan etməyə hazırlaşan Chesapeake şirkətinin səhmləri qəflətən 181 faiz bahalaşıb.

Sputnik Azərbaycan bildirir ki, bu nəticə New York Stock Exchange-də 8 iyun ticari sessiyasının sonunda qeydə alınıb.

Birjada volatillik o qədər çox olub ki, sessiya zamanı alqı-satqı 22 dəfə dayanıb, bu isə görünməmiş göstəricidir. Bir səhmin qiyməti  əvvəl 24.8-dən 66 dollaradək qalxıb, sonra isə 29.81 dollara enib.

Mütəxəssislər baş verənləri bir neçə amillə izah ediblər. Onlardan biri OPEC+ razılaşmasının iyuladək uzadılması xəbərinin müsbət təsir göstərməsidir. Bu razılaşma neft qiymətinin artmasına yardımçı olmalıdır.

Analitiklər həmçinin qeyd edirlər ki, son zamanlar Chesapeake-in səhmləri oyunçular tərəfindən qiymətlərin azaldılması yönündə istifadə olunurdu. Onlar brokerlərdən kağızları borc alaraq satır və sonra daha ucuz qiymətə geri alacaqlarını hədəfləyirdilər. Pozitiv xəbərlər gələn kimi və eyni zamanda digər neft şirkətlərinin də kotirovkaları artmağa başlayanda həmin investorlar səhmləri külli miqdarda almağa başlayaraq bununla onlara tələbat yaratdılar.

Yalnız sessiya bağlanandan sonra məlum olub ki, şirkət müflis olmağı haqda bəyanat verməyə hazırlaşır. Martda neft qiymətlərinin çökməsi şist nefti çıxaran şirkətləri vurduğundan Chesapeake 9.1 milyard dollarlıq borca düşüb.

Xəbər lenti
0