ABŞ polisi, arxiv şəkli

ABŞ-da etirazlar: Məsələyə "Ku Kluks Klan" da qarışdı

12
(Yenilənib 15:45 09.06.2020)
Qeyd olunur ki, 36 yaşlı Rocersə qarşı araşdırma aparılıb. O, qəsdən bədən xəsarəti yetirməkdə, əmlakın korlanmasında və hücumda ittiham olunur.

BAKI, 9 iyun — Sputnik. ABŞ-ın Virciniya ştatının Enriko mahalında "Ku Kluks Klan" sağçı radikal təşkilatının lideri Harri Rocers avtomobilini etirazçıların üstünə sürdüyünə görə saxlanılıb.

Sputnik Azərbaycan "Henrico Citizen" nəşrinə istinadən xəbər verir ki, Rocersin avtomobilini bazar günü axşam saatlarında etirazçıların üstünə sürməsi nəticəsində bir nəfər xəsarət alıb.

Qeyd olunur ki, 36 yaşlı Rocersə qarşı araşdırma aparılıb. O, qəsdən bədən xəsarəti yetirməkdə, əmlakın korlanmasında və hücumda ittiham olunur.

Rocers həmçinin nifrət zəminində cinayət törətməkdə ittiham oluna bilər.

Mayın 25-də Minneapolisin polis əməkdaşları afroamerikalı Corc Floydu saxlayıblar. Həbs zamanı polis zabiti Floydun boynunu dizi ilə yerə sıxıb. Floyd boğulduğunu deyib, amma polis əməkdaşları buna diqqət yetirməyiblər. Nəticədə, kişi reanimasiyada dünyasını dəyişib. Bu, ABŞ-da kütləvi etirazlara və iğtişaşlara səbəb olub.

12
Dərslərini etdən məktəbli, arxiv şəkli

Sizin əlinizdədir! Uşaqların riyazi bacarıqları valideynlərin davranışından asılıdır

6
(Yenilənib 00:35 10.07.2020)
Alimlər uşaqların hansı şəraitdə yaşadığını və valideynləri ilə münasibətlərinin necə olduğunu araşdırıb və bu infomasiyaları riyazi testlərin nəticələri ilə uyğunlaşdırıb.

BAKI, 9 iyul — Sputnik. Böyük Britaniyanın Uels universitetinin nümayəndələri uşaqların elmə, eyni zamanda riyazi elmlər üzrə bacarıqlarını artırma yollarını müəyyən edib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, araşdırmaya 1991-ci il aprelin 1-dən 1992-ci il dekabrın 21-nə qədər doğulan uşaqlar cəlb edilib.

Müəyyən edilib ki, öyrənmə bacarığına ailə vəziyyəti birbaşa təsir edir.

Alimlər uşaqların hansı şəraitdə yaşadığını və valideynləri ilə münasibətlərinin necə olduğunu araşdırıb və bu informasiyaları riyazi testlərin nəticələri ilə uyğunlaşdırıblar.

Araşdırma müəllifləri müəyyən ediblər ki, uşaqları ilə harmoniya ilə işləməyi bacaran valideynlərin uşaqları böyük nailiyyətlər əldə edə bilirlər. Buna validyenlərin təhsil səviyyəsi də təsir edir.

Daha əvvəl isə alimlər ətirli çubuqların daha effektiv təhsil almağa təsir etdiyini açıqlamışdı. Müəyyən edilmişdi ki, məşğələ zamanı məkanın qızılgül ətirli olması uşaqlara daha çox motivasiya verir.

6
 İstanbulda epdimioloji vəziyyət

Türkiyədə koronovirusdan sağalanların sayı 190 mini keçdi

4
(Yenilənib 22:08 09.07.2020)
Son 24 saatda 50 103 şübhəli koronavirus testindən keçib, onlardan 1024-nün cavabı pozitiv çıxıb. Bu gün daha 2897 xəstə sağalıb.

BAKI, 9 iyul – Sputnik. Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 18 nəfər ölüb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb. 

Nazir bildirib ki, son 24 saatda 50 103 şübhəli koronavirus testindən keçib, onlardan 1024-nün cavabı pozitiv çıxıb. Bu gün daha 2897 xəstə sağalıb.

Türkiyədə indiyədək 209 962 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5300 nəfər ölüb, 190 390 nəfər müalicə olunaraq evə buraxılıb.

4