Dünya üzrə ölkədaxili uçuşlar ucuzlaşır

© AFP 2023 / CARL COURTПассажирский самолет Boeing B787 Dreamliner, фото из архива
Пассажирский самолет Boeing B787 Dreamliner, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Aviaşirkətlərin böhran səbəbi ilə pula ehtiyacı var və onlar aşağı tarifləri təklif etməklə sərnişinlərin tələbatını stimullaşdırmağa çalışırlar", – IATA-nın baş iqtisadçısı Brayan Pirs bildirib.

BAKI, 8 iyun — Sputnik. Bütün dünya üzrə aviaşirkətlər daxili aviadaşıma tariflərini endirməyə başlayıblar. Sputnik Azərbaycan xəbər verir ki, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) hesablamalarına görə, daxili reyslərin tarifləri orta hesabla 23 faiz azalıb.

IATA-nın məlumatına görə, COVID-19 pandemiyası səbəbindən, demək olar ki, aviadaşımaların tamamilə dayandırıldığı aprel ayı ilə müqayisədə, mayda dünya üzrə daxili sərnişin dövriyyəsi 30 faiz artıb.

Reyslərin sayının ilkin artımı daxili bazarlarda cəmləşib. Mayın sonundan etibarən alınan məlumatlar göstərir ki, hazırda Koreya Respublikasında, Çində və Vyetnamda uçuşların səviyyəsi bir il əvvəlkindən yalnız 22-28 faiz aşağıdır. "Google"da uçuşlar üçün axtarış sorğuları aprel ilə müqayisədə mayın sonunda 25 faiz artıb.

Lakin biletlərə olan təlabat hələ də ilin əvvəlində olduğundan 60 faiz aşağıdır.

"Aviaşirkətlərin böhran səbəbi ilə pula ehtiyacı var və onlar aşağı tarifləri təklif etməklə sərnişinlərin tələbatını stimullaşdırmağa çalışırlar", – IATA-nın baş iqtisadçısı Brayan Pirs bildirib.

O qeyd edib ki, bir çox aviadaşıyıcılar üçün gəlir səviyyəsinə qayıdış uzaq perspektiv olaraq qalır və böhran səbəbi ilə bu sahə 314 milyard dollar həcmində mədaxili itirə bilər.

Xəbər lenti
0