Yaşlı kişini ölümcül hala salan polislərə həmkarlarından dəstək - VİDEO

© AP Photo / John MinchilloПротесты в США
Протесты в США - Sputnik Azərbaycan
Abunə olmaq
Baffalo şəhərinin iki polisi etirazlar zamanı 75 yaşlı şəxsi yerə yıxdığına görə müvəqqəti olaraq vəzifədən uzaqlaşdırılıb. Həmin şəxs hazırda ağır vəziyyətdə xəstəxanadadır

BAKI, 6 iyun — Sputnik. Nyu-York ştatının Baffalo şəhər polisinin çevik qrupunun bütün əməkdaşları yaşlı kişini yerə yıxmaları insidenti ilə bağlı işdən uzaqlaşdırılan iki polis əməkdaşına görə qrupun sıralarını tərk ediblər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə yerli "WIVB" telekanalı məlumat yayıb.

​Qeyd olunur ki, daha əvvəl Baffalo şəhərinin iki polisi etirazlar zamanı 75 yaşlı şəxsi yerə yıxdığına görə müvəqqəti olaraq vəzifədən uzaqlaşdırılıb. Həmin şəxs hazırda ağır vəziyyətdə xəstəxanadadır.

Telekanalın məlumatına görə, çevik qrupun bütün 57 üzvü istefaya gedib. Qeyd olunur ki, onlar vəzifələrindən getməyiblər, sadəcə xüsusi təyinatlı bölmənin işində iştirak etməyəcəklər.

Xəbər lenti
0