Artak Davtyan, arxiv şəkli

Azərbaycanın hərbi təlimlərini diqqətlə izləmişik Ermənistanın Baş Qərargah rəisi

30
(Yenilənib 15:49 04.06.2020)
Mayın 25-i Azərbaycan ordusunun 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq keçirilən genişmiqyaslı əməliyyat-taktiki təlimləri başa çatıb

BAKI, 4 iyun — Sputnik. Ermənistan tərəfi Azərbaycanın bu yaxınlarda baş tutan genişmiqyaslı təlimlərini diqqətlə izləyib. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan bildirib.

"Ermənistan tərəfi Azərbaycanın bu yaxınlarda baş tutan genişmiqyaslı təlimləri diqqətlə izləyib və lazımı nəticələri çıxardıb", - deyə Davtyan bildirib.

Ermənistanın Baş Qərargah rəisi eyni zamanda Naxçıvan istiqamətində atəşkəsin pozulması hallarının artdığını da dilə gətirib.

Qeyd edək ki, mayın 25-i Azərbaycan ordusunun 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq keçirilən genişmiqyaslı əməliyyat-taktiki təlimləri başa çatıb.

Təlimlərdə əsas diqqət şəxsi heyətin və hərbi idarəetmə orqanlarının peşəkarlıq səviyyəsinin artırılmasına, döyüş texnikasının və digər hərbi vasitələrin praktiki istifadəsinə yönəldilib.

Təlim rəhbərliyinin qiymətləndirməsinə görə, başa çatmış təlimlərdə qoşunlar qarşıya qoyulan məqsədlərə tam nail olub. Şəxsi heyət döyüş əməliyyatlarının aparılması üzrə praktiki təcrübə və vərdişlər əldə edib, eləcə də səhra şəraitində real olaraq yüksək bacarıq nümayiş etdirib.

30
Əlaqədar
Müdafiə naziri: “Bu dəfəki tədbirlər 2016-cı ilin aprelindən fərqli olacaq”
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatıb
Zakir Həsənov cəbhə bölgəsinə gedib
Ordumuzun Naxçıvan təlimi başa çatdı - VİDEO
Türkiyə Böyük Millət Məclisi

TBMM-in spikeri: Ermənistanın qarşısındakı 90-cı illərin Azərbaycanı deyil

45
(Yenilənib 08:59 01.10.2020)
TBMM-in sədri Mustafa Şəntop: Azərbaycan iqtisadi baxımdan da, hərbi baxımdan da hazırda qüdrətli bir ölkədir".

BAKI, 1 oktyabr — Sputnik. "Artıq Ermənistanın qarşısında 90-cı illərin Azərbaycanı yoxdur. Azərbaycan hazırda həm hərbi, həm də iqtisadi baxımdan qüdrətli bir ölkədir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop NTV telekanalına müsahibəsi zamanı deyib.

O, Dağlıq Qarabağı işğaldan azad etmək üçün Azərbaycanın xüsusi bir dəstəyə ehtiyacı olmadığını qeyd edib:

"Azərbaycanın Dağlıq Qarabağdakı əməliyyatlarda Türkiyə də daxil olmaqla başqa bir ölkənin dəstəyinə ehtiyacı yoxdur. Varsa, bu ayrı məsələdir, amma yoxdur. Azərbaycan yardıma ehtiyacı olmadan bunu edə biləcək güc və qüdrətə malikdir".

Ermənistanın spekulyasiyalarla məşğul olduğunu qeyd edən Şəntop "yalan deyir, iftira atır, bunların yalan və iftira olduğu da qəti bir şəkildə ortaya çıxır" deyib.

Şəntop, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin çok özəl olduğunu, belə bir vəziyyətin dünyada başqa heç bir iki dövlət arasında olmadığını söyləyib. 

45
Vladimir Putin və Emmanuel Makron

Makron Putinə zəng edib: Qarabağda gedən hərbi əməliyyatlar pislənib

234
(Yenilənib 01:57 01.10.2020)
Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişə bölgəsində vəziyyətin kəskin hal almasını pisləyiblər.

BAKI, 1 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Sputnik Azərbaycan Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, söhbət zamanı dövlət başçıları Dağlıq Qarabağda, həmçinin Belarus Respublikasında yaranan son vəziyyəti müzakirə ediblər.

Telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə baş tutub. Hər iki prezident Dağlıq Qarabağ münaqişə bölgəsində vəziyyətin kəskin hal almasını pisləyiblər. Onlar davam edən hərbi əməliyyatlardan narahatlıq keçirdiklərini ifadə ediblər.

234
Teqlər:
hərbi əməliyyatlar, Dağlıq Qarabağ bölgəsi, Dağlıq Qarabağ problemi, Dağlıq Qarabağ, Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron
Ehtiyatda olan hərbiçilərin cəbhəyə yolanması

Bu il fərarilik qeydə alınmayıb

0
Cari ilin birinci yarımili ərzində hərbi hissəni və ya xidmət yerini döyüş şəraitində özbaşına tərk etmə cinayəti ümumiyyətlə qeydə alınmayıb

BAKI, 1 oktyabr — Sputnik. Cari ilin birinci yarımilində qeydə alınmış cinayətlərin 99,5 faizi açılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı cənab Xanlar Vəliyev bu gün "Xalq Qəzeti" qəzetində dərc edilən məqaləsində qeyd edib.

Onun sözlərinə görə, cari ilin birinci yarımili ərzində hərbi hissəni və ya xidmət yerini döyüş şəraitində özbaşına tərk etmə cinayəti ümumiyyətlə qeydə alınmayıb.

0
Teqlər:
Xanlar Vəliyev, Azərbaycan ordusu
Əlaqədar
Azərbaycan Respublikasında qismən səfərbərlik elan edildi
“Qələbə ilə geri qayıdacağıq”: Bakıda hərbçiləri belə yola salırlar – VİDEO
Nazir: Səfərbərliyə cəlb olunan müəllimlər əvəz ediləcək
Kimlərin qismən səfərbərliyə cəlb olunacağı açıqlandı
Polis polkovniki oğlunu Qarabağa yola saldı