Nyu-Yorkda insanlar mağazaları qarət edirlər

Nyu-Yorkda talan başlayıb, polis əhalini sakitləşdirə bilmir

14
(Yenilənib 16:39 02.06.2020)
Amerika hökuməti bəyan edib ki, polislə istənilən toqquşmalar və hüquq-mühafizə orqanlarına təhdidlər daxili terror aktları kimi qiymətləndiriləcək.

BAKI, 2 iyun — Sputnik. Nümayişçilər qaranlıq düşdükdən sonra Nyu-Yorkun rayonlarından biri olan Manhettendə butikləri talan ediblər. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, talançıların diqqətini idman malları, məişət texnikası və zərgərlik mağazaları cəlb edib. Ümumilikdə, onlar 10-dan çox  ticarət məntəqəsindən soyğunçuluq ediblər.

Gecə saatlarında küçələrdə qalan nümayişçilərin kiçik qrupları şəhərdə 23:00-dan tətbiq olunan komendant saatı rejimini pozublar.

İğtişaşların qarşısını almaq üçün Manhetten rayonuna çoxsaylı polis dəstələri göndərilib.

Çikaqoda amerikalıların izdihamı həmin vaxt yanlarından keçən qatarı talan ediblər. Hadisənin videosu sosial şəbəkədə yayılıb. Qeydə alınmış videoda soyğunçuların qatardan texnika və digər malları necə atdıqları, ortaqlarının isə oğurlanmış şeyləri seçdikləri görünür.

İğtişaşlar, vandalizm və polisə hücumlarla müşayiət olunan etirazlar ABŞ-ın onlarla şəhərini bürüyüb. Buna səbəb Minneapolis (Minnesota ştatı) şəhərində qaradərili gözətçi Corc Floydun polis tərəfindən öldürülməsi olub.

Toqquşmalar zamanı iki polis güllə yarası alıb, onlardan biri dünyasını dəyişib. Amerika hökuməti bəyan edib ki, polislə istənilən toqquşmalar və hüquq-mühafizə orqanlarına təhdidlər daxili terror aktları kimi qiymətləndiriləcək.

14
Əlaqədar
ABŞ ştatında iğtişaşa səbəb olan polis həbs edildi
ABŞ-da iğtişaşlar yeni mərhələdə - Məsələyə Pentaqon qarışır
Qaradərilinin ölümü ilə əlaqədar aksiyalar ABŞ-dan Kanadaya sıçradı
Maykl Ceksonun bacısından azərbaycanlı ulduza dəstək
Etiraz aksiyaları koronavirusu yaya bilər – Minnesota qubernatoru narahatlığını bildirdi

Nümayişçilər Parisi dağıdır: 130 minlik aksiya iğtişaşlarla müşayiət olunur

18
(Yenilənib 00:36 29.11.2020)
Fransada "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsinin 24-cü maddəsinə etiraz aksiyalarında 130 mindən çox adam iştirak edib. 

BAKI, 29 noyabr — Sputnik. Fransada informasiya azadlığına dəstək aksiyalarında 130 mindən çox adam iştirak edib. 

Sputnik Azərbaycan xəbər veiri ki, bu barədə BFMTV telekanalı ölkənin Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.

Ümumilikdə ölkədə "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsinin 24-cü maddəsinə etiraz əlaməti olaraq Fransada 70 nümayiş keçirilib. Nümayişçilər sözügedən maddədə polis və jandarmların çəkilişlərinin aparılmasına qadağa qoyulmasına etiraz edirlər. Onlar bunu ölkədə informasiya azadlığının boğulması kimi qiymətləndirirlər.  

Parisdə dinc aksiyalar şəklində başlayan nümayişlər sonra kütləvi iğtişaşlarla əvəz olunub. Polis və jandarmeriya nümayişçilərə qarşı gözyaşardıcı qaz bombalarından və su şırnağından istifadə edirlər. 

Qeyd edək ki, çərşənbə axşamı, Fransa Milli Assambleyası "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsini ilk oxunuşda qəbul edib. Qanun layihəsinin 24-cü maddəsində "polis və jandarmın sifətinin və identifikasiyasının digər elementlərinin" onların "fiziki və psixi toxunulmazlığına açıq-aşkar zərər yetirmək məqsədilə" yayılmasına görə 1 il müddətinə həbs cəzası və ya 45 min avro cərimə nəzərdə tutulur.

Jurnalist həmkarlar ittifaqları və müxalifət bu normanın tətbiqindən sonra jurnalistlərin və vətəndaşların nümayişlər zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarının işlərini sərbəst şəkildə qeyd ala bilməyəcəklərindən qorxaraq buna qarşı çıxırlar. Hökumət isə dəfələrlə əmin etməyə çalışıb ki, qanun layihəsi jurnalistlərə hüquq-mühafizə orqanlarının əməkdaşlarının çəkilişlərini qadağan etməyəcək.

18
Teqlər:
Fransa
Ziyarətçilər Mixail Nesterovun sərgisində, arxiv şəkli

Rus rəssamın çəkdiyi ikona Londonda ağlasığmaz qiymətə satılıb

13
Hərracın ən qiymətli, 75,25 min funt sterlinqə satılan əsəri Mixail Larionovun (1881-1964) "Balıq və gül natürmort"u olub.

BAKI, 28 noyabr — Sputnik. Rus rəssam Mixail Nesterovun (1862-1942) "Əllə hazırlanmayan xilaskar" ikonası "Bonhams" hərrac evi tərəfindən təşkil olunan rus incəsənəti nümunələri alqı-satqısında 56,5 min funt sterlinqə satılıb.

Sputnik Azərbaycan xəbər verir ki, rus rəssamının əsərinə verilən məbləğ satışı üçün təxmin olunan qiymətdən demək olar ki, iki dəfə az olub.

Hərrac kataloqunda deyildiyi kimi, ikona Nesterovun Moskvadakı Marfo-Mariinski Mərhəmət Monastırının qərb fasadını bəzədiyi mozaikanın daha kiçik bir versiyasıdır.

Hərracın ən qiymətli, 75,25 min funt sterlinqə satılan əsəri Mixail Larionovun (1881-1964) "Balıq və gül natürmort"u olub.

Eyni qiymətə "Karl Faberje" zərgərlik şirkətinin nefrit, qızıl və platindən düzəltdiyi saat satılıb. Aleksandr Moravovun (1878-1951) 1910-cu ildə çəkdiyi "Heyvanların su içdiyi yerdə" rəsminə isə alıcı 69 min funt sterliq pul ödəyib.

13
Teqlər:
rus, hərrac, London, rəssam