Ermənistanda artıq 10 min yoluxan var: bir gündə 19 nəfər öldü

© AFP 2023 / BRYAN R. SMITHПациент с COVİD-19, фото из архива
Пациент с COVİD-19, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Gürcüstanda isə daha 2 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 796-ya çatıb

BAKI, 2 iyun — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 10 009-a çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 517 nəfər artıb.

Ermənistanda son gündə daha 19 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 158-ə çatıb. Xəstəlikdən sağalanların sayı 3427 olub. Hazırda bu ölkədə olan 6 368 nəfər xəstəxanada müalicə alır.

Gürcüstanda isə daha 2 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 796-ya çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,2 milyonu keçib, 375 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0