ABŞ və Çin bayraqları, arxiv şəkli

Dünyanın düzəni dəyişir ABŞ Çinə qarşı görün kimlə koalisiya qurmaq istəyir

412
(Yenilənib 22:35 01.06.2020)
ABŞ-ın əvvəllər qurduğu beynəlxalq iqtisadi münasibətlər sistemi, onun daxilindəki oyun qaydaları artıq Birləşmiş Ştatların maraqlarına cavab vermir.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 1 iyun — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Trampın iyun ayında keçirilməsi planlaşdırılan "Böyük Yeddilik" ("G7") sammitini gözlənilmədən sentyabr ayına qədər təxirə salması və sammitə digər ölkələri də dəvət edəcəyinə dair yayılan məlumatlar heç də birmənalı qarşılanmayıb. Xüsusi ilə Trampın sammitə dəvət ediləcək ölkələr siyahısında Rusiyanın da adını çəkməsi maraqla qarşılanıb. Öz növbəsində Ağ Evin strateji kommunikasiyalar üzrə direktoru Alissa Fara isə bəyan edib ki, genişləndirilmiş ölkələr qrupunun iclası Çinlə bağlı məsələləri müzakirə etməyə imkan verəcək. Direktor bildirib ki, sammit Çinin gələcəyi ilə nə etməli olduğumuz barədə danışmaq üçün bizim ənənəvi müttəfiqlərimizi bir araya gətirəcək. Ekspertlər isə qeyd edir ki, Tramp Administrasiyası Çinin artan nüfuzu və gücünün qarşısını almaq, həmçinin yeni dünya düzənini qurmaq üçün yeni müttəfiqlər arayışındadır. Sputnik Azərbaycan xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Fuad Çıraqovla həmsöhbət olub.

Fuad Çıraqov vurğulayıb ki, Tramp Administrasiyası Çinə qarşı çox geniş koalisiya yaratmağa çalışır: "Ümumdünya Səhiyyə Təşkilatına təzyiqlər, Birləşmiş Ştatların bu qurumdan çıxmağı və rəsmi Vaşinqtonun vaxtında koronavirusla bağlı dünya ictimaiyyətini məlumatlandırmasına dair Çinə qarşı iddiaları məhz buna hesablanıb. Rəsmi Vaşinqton bu təzyiq vasitəsindən maksimum şəkildə istifadə etməyə çalışır və bu istiqamət özünü ABŞ-ın xarici siyasət strategiyasında qabarıq şəkildə göstərir. Bundan əlavə, biz Tramp Administrasiyasının dünya düzənini, beynəlxalq münasibətlər sistemini yenidən formalaşdırmaq cəhdlərini görürük. ABŞ-ın əvvəllər qurduğu beynəlxalq iqtisadi münasibətlər sistemi, onun daxilindəki oyun qaydaları artıq Birləşmiş Ştatların maraqlarına cavab vermir. Bu oyun qaydaları çərçivəsində artıq Çin qalib gəlməyə başlayırdı".

Mərkəzin eksperti sentyabrda baş tutacaq G7 sammitinə Rusiyanı dəvət etməsinə diqqət çəkib: "ABŞ-da, xüsusi ilə Tramp Administrasiyası daxilində müəyyən qüvvələr hesab edirlər ki, onlar Rusiyanı da Çinə qarşı koalisiyaya cəlb edə bilərlər. Bu fikirlər müxtəlif formalarda, hətta ABŞ-ın sabiq dövlət katibi Henri Kissencer tərəfindən də səsləndirilib. O, qeyd etmişdi ki, Qərb sivilizasiyasının Çinə qarşı koalisiyasında mütləq Rusiyada olmalıdır və bu rəqabətin taleyini müəyyən dərəcədə Rusiyanın hansı qütbdə olması həll edəcək".

Lakin Fuad Çıraqov eyni zamanda qeyd edib ki, Rusiyanın son nəticədə hansı tərəfi tutacağını indidən demək olduqca tezdir: "Düzdür, Obama Administrasiyasının hakimiyyətdə olduğu müddətdə Rusiya-ABŞ münasibətləri pisləşmişdi. Lakin Obamanın prezident seçildiyi ilk vaxtlara nəzər salsaq, görərik ki, ilk vaxtlarda ABŞ-ın yeni Administrasiyası Rusiya ilə münasibətləri yaxşılaşdırmaq üçün yeni strategiya – reset strategiyası həyata keçirməyə cəhd etdi. Lakin bu özünü doğrultmadı. Tramp Administrasiyası da ilk dövrlərdə buna cəhd etməyə çalışdı. Hətta bu cəhdlərin müəyyən mənada indi də davam etdiyini də demək olar. Ancaq ABŞ daxilində müxalif qüvvələr çox ciddi cəhdlə buna mane olmağa çalışır. Bildiyim qədərilə Rusiyanın daxilində də çox ciddi qüvvələr, qruplar var ki, onlar hesab edirlər ki, gələcək qlobal mübarizədə Rusiya məhz qərbin tərəfində durmalıdır. Əsas məsələ bunun əvəzində Qərbin Rusiyaya nə təklif etməsi və bu təklifin Rusiyanı qane edib-etməməsidir. Belə bir razılaşma olacağı təqdirdə belə, bu razılaşmanı pozacaq hadisələrin olub-olmamasını demək çox çətindir".

Beynəlxalq Təhlil Mərkəzinin ekspertinin sözlərinə görə, G7 köhnə dünya düzəninin, qüvvələr balansının simvolu idi, onu özündə əks elətdirirdi: "ABŞ isə köhnə düzəni, beynəlxalq münasibətlər sistemini dəyişmək istəyir və ona də görə də hesab edir ki, G7 də bu planlara artıq cavab vermir və bunun üçün daha yeni, proqressiv format tapılmalıdır".

412
Çəkiliş, arxiv şəkli

Türkiyədə canlı yayımda qalmaqal: Evli qadından biabırçı etiraf

6
(Yenilənib 15:12 26.09.2020)
Əri proqrama çıxıb onu axtarmış, hətda qonşusu ilə qaçdığına dair şübhələri olduğunu bildirmişdi. Qadın qonşusunu çox sevdiyini və onunla yaşadığı üçün xoşbəxt olduğunu bildirib.

BAKI, 26 sentyabr — Sputnik. Türkiyədə uşağının qonşusundan olduğunu bilən qadın sevincini gizlətməyib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Esra Erolun proqramına qatılan Frat Karakuş yoxa çıxan qızı və həyat yoldaşıı axtardığını deyib. Fırat həyat yoldaşının qonşusu ondan 28 yaş böyük olan Çingizlə qaçdığını düşünürdü. Esra Erol Esra Karakuşu tapıb, canlı yayında hər şeyi etiraf etdirmişdi.

Ötən gün isə özündən 28 yaş böyük qonşu ilə sevgi yaşayan qadın canlı yayında DNK testinin nəticəsini öyrənən zaman sevincini gizlətməyib.

Uşağın ondan olmadığını öyrənən Fırat Karakuş həyatının şokunu yaşadığı zaman gənc qadın sevincindən Allaha dua edib.

Esra Karakuş qonşusu ilə iki il gizli sevgi macərası yaşayıb. Daha sonra qadın bir qız uşağı dünyaya gətirib. Həyat yoldaşı Fırat Karakuşa da uşağın ondan olmadığını deyib. F. Karakuş isə əmin olmaq üçün DNK analizi tələb edib.

Qonşuya gəldikdə isə, onun bir neçə qadınla münasibəti olsa da, heç bir zaman övladı olmayıb.

Qeyd edək ki, qadın 15 gün əvvəl 6 yaşlı oğlunu qonşuya tapşırıb, həkimə getdiyini dedikdən sonra itmişdi.

Əri proqrama çıxıb onu axtarmış, hətda qonşusu ilə qaçdığına dair şübhələri olduğunu bildirmişdi. Qadın qonşusunu çox sevdiyini və onunla yaşadığı üçün xoşbəxt olduğunu bildirib.

6
Ankarada  epdimioloji vəziyyət

Maska taxmayan "koronavirus xəstəsi" az qala döyüləcəkdi

8
(Yenilənib 15:06 26.09.2020)
Döyülməkdən canını qurtara bilən aktyor bunun bir sosial sınaq olduğunu deyərək, maskasız satıcılara maska paylayıb.

BAKI, 26 sentyabr — Sputnik. Türkiyədə Nevşehir bələdiyyəsi maska taxmağa diqqəti çəkmək üçün maraqlı sosial eksperiment keçirib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, eksperiment az qala faciə ilə nəticələnəcəkmiş. Belə ki, korona olduğunu deyərək, satıcılardan aptek ünvanı soruşan maskasız kişi az az qala satıcılar tərəfindən döyüləcəkmiş.

Bələdiyyənin maska taxmağın təbliğ edilməsinə istiqamətlənmiş sosial sınağında Ridvan Göğüs adlı aktyor maska taxmadan satıcılara yaxınlaşır, onlara virusa yolxuduğunu və aptek axtardğını bildirir.

Şəxsə satıcılar müxtəlif reaksiya göstərir. Bir nəfər isə əlinə dəyənək alaraq onu döyməyə cəhd edir.

Döyülməkdən canını qurtara bilən aktyor bunun bir sosial eksperiment olduğunu deyərək, maskasız satıcılara maska paylayıb.

8