Paşinyan və bütün ailəsi koronavirusa yoluxdu

© Photo : press office of the Government of RAСтоп-кадр прямого эфира брифинга с участием премьер-министра Никола Пашиняна, начальника полиции Армана Саркисяна и министра здравоохранения Арсена Торосяна (28 мая 2020). Еревaн
Стоп-кадр прямого эфира брифинга с участием премьер-министра Никола Пашиняна, начальника полиции Армана Саркисяна и министра здравоохранения Арсена Торосяна (28 мая 2020). Еревaн - Sputnik Azərbaycan
Abunə olmaq
"Ötən gün məlum olub ki, mənim koronavirus infeksiyası ilə bağlı verdiyim test müsbətdir. Məndə heç bir simptom yox idi".

BAKI, 1 iyun — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan koronavirusa yoluxub. Sputnik Ermənistan xəbər verir ki, bunu erməni Baş nazir öz "Facebook" səhifəsində canlı yayımda bildirib.

"Ötən gün məlum olub ki, mənim koronavirus infeksiyası ilə bağlı verdiyim test müsbətdir. Məndə heç bir simptom yox idi. Lakin mən səfərə getməli olduğumdan test verməli oldum. Ailə üzvlərimin hamısında testin nəticələri müsbətdir. Aydındır ki, ailəmin bütün üzvləri məndən yoluxub. İqamətgahdan işləyəcəyəm. İşləməyim üçün bütün şərait, rabitə vasitələri var. Nə qədər bacarsam o qədər də işləyəcəyəm", - deyə Paşinyan vurğulayıb.

Real Madrid futbolçuları, arxiv şəkli - Sputnik Azərbaycan
İDMAN
Koronavirus "Kral klubu"nun əl-ayağını bağladı

O, həmçinin baş verənlərə görə təəssüflədiyin də bildirib.

Qeyd edək ki, ötən gün Ermənistanda koronavirusa yoluxanların sayı 8927-yə çatıb.

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 355 nəfər artıb.

Ermənistanda son gündə daha 4 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 130-a çatıb. Xəstəlikdən sağalanların sayı 3386 olub. Hazırda bu ölkədə olan 5715 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,1 milyonu keçib, 372 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0