"Batut işləyir": Crew Dragon gəmisinin heyəti BKS-ə keçdi - VİDEO

© Photo : Twitter/Elon MuskАстронавты Дуглас Херли и Роберт Бенкен в космическом корабле Crew Dragon
Астронавты Дуглас Херли и Роберт Бенкен в космическом корабле Crew Dragon - Sputnik Azərbaycan
Abunə olmaq
SpaсeX şirkətinə məxsus Crew Dragon  gəmisi dünən uğurlu start götürəndən sonra onun sahibi İlon Mask “batut işləyir” deyə zarafat etmişdi

BAKI, 31 may - Sputnik. SpaсeX şirkətinə məxsus Crew Dragon gəmisinin heyəti Beynəlxalq Kosmik Stansiyaya keçib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, təzyiqin normallaşmasından sonra BKS-in komandiri Kris Kessidi şlüz bölməsinin lyukunu açıb. Bundan sonra gəminin də lyuku açılıb və kosmonavtlar Daq Herli ilə Bob Benken BKS-ə keçiblər.

Kessididən başqa, “qonaqları” rusiyalı kosmonavtlar Anatoli İvanişin İvan Vaqner qarşılayıblar.

​Qarşılama mərasimində astronavtlar etiraf ediblər ki, onlar gəmidəki ilk gecədə yatıb yuxularını ala biliblər. Benken deyib ki, gəmidə yuxulamaq həmişə çətin olsa da, Crew Dragon çox rahatdır və orada ventilyasiya əladır, buna görə də heç bir problem yaranmayıb.

Astronavtlar BKS-də təxminən 3-4 ay olacaqlar. Ancaq onların Yerə qayıdacaqları gün hələ təyin olunmayıb.

​Crew Dragon gəmisi şənbə günü Floridadakı Kanaveral burnundan fəzaya uçub. Bu, tarixdə özəl şirkətin gerçəkləşdirdiyi ilk pilotlu uçuşdur. Crew Dragon-un kosmosa buraxılması eləcə də doqquz ildən sonra ABŞ-ın astronavtlarını kosmosa təkbaşına göndərdiyi ilk haldır: 2011-ci ildə Space Shuttle proqramının nəqliyyat daşıyıcıları istismar müddətini başa vurmuşdu. Bundan sonra amerikalılar BKS-ə ancaq Rusiyanın “Soyuz” gəmiləri ilə uçurdular.

Bu arada SpaсeX şirkətinin rəhbəri İlon Maskla “Roskosmos”un rəhbəri Dmitri Roqozin arasında “battl” davam edir.

“Çox sağ olun, ser, ha-ha. Biz qarşılıqlı sərfəli və çiçəklənən uzunmüddətli əməkdaşlığa ümid edirik”, - İlon Mask Twitter-də NASA-nın rəhbərindən ona salam göndərməyi xahiş edən Roqozinə rus dilində cavab yazıb.

Amerikalılar 2011-ci ildən dünənki günə qədər Rusiyanın “Soyuz” gəmiləri ilə BKS-ə uçduqlarından ABŞ Rusiyanın kosmik sahəsinə cərimə tətbiq edəndən sonra Roqozin Vaşinqtona öz astronavtlarını BKS-ə batutla göndərməyi təklif etmişdi. SpaсeX şirkətinə məxsus Crew Dragon  gəmisi dünən uğurlu start götürəndən sonra onun sahibi İlon Mask “batut işləyir” deyə zarafat etmişdi.

“Roskosmos”un rəhbəri sonra fikrini belə izah etmişdi ki, batut haqda sözləri xəbərdarlıq idi və amerikalılar da onu eşitdilər. Crew Dragon-un uçuşundan sonra Roqozin bu işdə əməyi keçənləri təbrik edib və deyib ki, Maskın batut barədə zarafatını qiymətləndirir.

Xəbər lenti
0