ABŞ-dan qorxunc açıqlama: 100 il ərzində ən güclü işsizlik proqnozlaşdırıldı

© REUTERS / Andrew Kelly / File PhotoСитуация в связи с эпидемиологической обстановкой в США
Ситуация в связи с эпидемиологической обстановкой в США - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-ın Əmək Nazirliyi iyunun 5-də işsizliklə bağlı hesabatını açıqlayacaq, dünya əhalisinin beşdə biri işsiz qalacaq.

BAKI, 31 may — Sputnik. ABŞ Böyük Depressiya dövründən sonra işsizliyin ən güclü dalğasını gözləyir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu fikirləri Bloomberg Economics-in analitikləri söyləyiblər.

ABŞ-ın Əmək Nazirliyi iyunun 5-də işsizliklə bağlı hesabatını açıqlayacaq. Agentliyin iqtisadçıları öz proqnozlarında bildiriblər ki, qurum ölkədə işsizliyin 19,6 faizə qədər artacağını bəyan edəcək. Bu isə son 100 il ərzində ən yüksək işsizlik göstəricisidir. Agentlikdə gözləyirlər ki, ilin yekunları üzrə işsizliyin səviyyəsi aşağı düşəcək və iqtisadiyyatın bərpası hesabına 10 faiz təşkil edəcək.

Daha əvvəl bildirilib ki, Avropanın əmək bazarı ən güclü uçurumla üzləşib. Almaniyada işsizlik 2008-2009-cu illərin maliyyə böhranı dövründəki səviyyə ilə nisbətdə daha da artıb. 

Boston Consulting Group-un qiymətləndirməsinə görə, növbəti iki-üç ayda dünyada koronavirus pandemiyasının nəticələri səbəbindən hər altıncı sakin işsiz qala bilər. Əmək gəlirlərinin itirilməsi 3,4 trilyon dollar səviyyəsinə çatacaq, işsizliyin səviyyəsi isə 17 faiz olacaq.

Xəbər lenti
0