ABŞ-da vəziyyət, arxiv şəkli

ABŞ-da polis üsyana səbəb oldu: yenə "günahkar" qaradərilidir

27
(Yenilənib 16:36 27.05.2020)
Mayın 25-i ərzaq mağazasının qarşısında guya saxta çeklə ödəniş edən şəxs həbs olunub. Polislər onu zorla avtomobildən çıxararaq asfalta uzadıblar. Onlardan biri şəxsi dizi ilə sıxıb. Adam xəstəxanada keçinib

BAKI, 27 may — Sputnik. ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində qaradərili şəxsin ölümündən sonra üsyan başlayıb. Sputnik Azərbaycan "ABC News"a istinadən xəbər verir ki,  həbs olunan zaman həmin şəxsə qarşı polis tərəfindən güc tətbiq olunub.

Belə ki, hüquq-mühafizə orqanları əməkdaşlarının işlədiyi polis bölməsinin qarşısında yüzlərlə insan toplaşıb. Onlara əraziyə avtomobillə gələn şəxslər də dəstək veriblər. Etirazçılar polis bölməsinin şüşələrini sındırıblar. Onları ərazidən uzaqlaşdırmaq üçün gözyaşardıcı qaz və işıq-səs qumbaralarından istifadə olunub.

Qeyd edək ki, mayın 25-i ərzaq mağazasının qarşısında guya saxta çeklə ödəniş edən şəxs həbs olunub. Polislər onu zorla avtomobildən çıxararaq asfalta uzadıblar. Onlardan biri şəxsi dizi ilə sıxmağa başlayır. Bu zaman qaradərili şəxs nəfəs ala bilmədiyini bildirib. O, dərhal xəstəxanaya çatdırılıb, lakin orada vəfat edib.

Daha sonra məlum olub ki, ölən şəxsin səhhətində problem olub. Onun polislər tərəfindən saxlanılması videosu sosial şəbəkələrdə yayılıb. Ölən şəxs 46 yaşlı mühafizəçi Corc Floyd olub. Floydun yaxınları və dostları onun məsuliyyətli vətəndaş olduğunu bildiriblər.

27
Rusiyada epdimioloji vəziyyət, arxiv şəkli

ÜST: Rusiyada koronavirus məhdudiyyətləri qayıda bilər

0
(Yenilənib 21:56 10.07.2020)
"Buna hazır olmaq lazımdır. Daha yaxşı olar ki, bu, tez olsun, virusun daha da yayılmasını gözləmək lazım deyil. Yanğın kiçik olanda söndürülməlidir", - Vuynoviç qeyd edib.

 

BAKI, 10 iyul — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının Rusiyadakı nümayəndəsi Melita Vuynoviç ölkənin koronavirusa görə yenidən məhdudlaşdırıcı tədbirlər görmək məcburiyyətində qalacağını istisna etməyib.

Sputnik Azərbaycan xəbər verir ki, Vuynoviç bu barədə RİA Novosti-yə verdiyi müsahibəsində danışıb.

"Fiziki məsafə salxanılmasa, yoluxma halları artmağa başlasa sadəcə başqa bir yol qalmayacaq", - Vuynoviç bir sıra ölkələrdə olduğu kimi Rusiyada da bəzi qadağaların geri qaytarılacağı riskinin olub-olmadığı sualına cavabında bildirib.

Onun sözlərinə görə, qadağaların qaytarılması ehtimalı dünyada koronavirusa qarşı peyvənd və ya dərman olmadığı müddətcə mövcud olacaq.

"Buna hazır olmaq lazımdır. Daha yaxşı olar ki, bu, tez olsun, virusun daha da yayılmasını gözləmək lazım deyil. Yanğın kiçik olanda söndürülməlidir", - Vuynoviç qeyd edib.

Son məlumatlara görə, Rusiyada COVID-19 xəstələrinin sayı sutka ərzində 6509 artaraq 707301 təşkil edib.

0
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Rusiyada koronavirusdan ölənlərin sayı 11 mini keçdi
Avstraliya və Honkonqda koronavirus məhdudiyyətləri bərpa olunur
Koronavirusa yoluxub sağalmış şəxslərlə bağlı vacib məqam
Azərbaycanın xaricdəki bəzi diplomatları koronavirusa yoluxub
Həyatınızla eksperiment aparmayın - Koronavirusu müalicə "edən" dərman təhlükəli çıxdı
Nüvə sınağı, arxiv şəkli

Virusdan da təhlükəli bəla yenidən gündəmdə - Dünya bir anda yox ola bilər

17
(Yenilənib 22:01 10.07.2020)
ABŞ qlobal dominantlığı özünə qaytarmaq istəyir və onlar böyük güclərin rəqabəti adlandırdıqları şeydə qələbə qazanmaq istəyirlər

BAKI, 10 iyul — Sputnik. Son zamanlar nüvə qarşıdurması riski əhəmiyyətli şəkildə artıb. ABŞ strateji sabitlik terminindən imtina edir. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib.

"Son zamanlar nüvə qarşıdurması riskinin əhəmiyyətli dərəcədə artması ilə razıyam. Təhlükəsizlik, beynəlxalq strateji sabitlik sahəsində vəziyyət deqradasiyaya uğrayıb. Səbəblər hamıya məlumdur: ABŞ qlobal dominantlığı özünə qaytarmaq istəyir və onlar böyük güclərin rəqabəti adlandırdıqları şeydə qələbə qazanmaq istəyirlər. Onlar strateji sabitlik terminindən imtina edir, onu strateji rəqabət adlandırılar. Onlar qələbə qazanmaq istəyirlər", - deyə Rusiya XİN rəhbəri qeyd edib.

O vurğulayıb ki, ABŞ silahlanmalara nəzarətə dair bütün arxitekturanın demontaj edir.

17