Gürcüstanda epdimioloji vəziyyət

Gürcüstanda koronavirusa yoluxanların sayı 733-ə çatıb

9
(Yenilənib 12:07 25.05.2020)
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

BAKI, 25 may — Sputnik. Gürcüstanda koronavirus infeksiyasına yoluxan şəxslərin sayı 733-ə çatıb. Sputnik Gürcüstan xəbər verir ki, bu barədə məlumat stopcov.ge hökumət portalında yerləşdirilib.

Məlumata əsasən, son 24 saat ərzində daha 1 nəfərdə koronavirus aşkarlanıb. Virusa yoluxan şəxslərdən 526-ı sağalıb, 12-si ölüb. Hazırda bu ölkədə 3 076 nəfər karantində, 236 nəfər isə tibb işçilərinin nəzarəti altında saxlanılır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,4 milyonu keçib, 345 mindən çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

9
COVİD-19 xəstəsi, arxiv şəkli

Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artdı

17
Ermənistan Respublikasında son gündə daha 10 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 1131-ə çatıb.

BAKI, 22 oktyabr — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 70836-ya çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 2306 nəfər artıb.

Ermənistanda son gündə daha 10 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 1131-ə çatıb. Xəstəlikdən sağalanların sayı 49787 nəfər olub. Hazırda bu ölkədə 19591 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 41 milyonu keçib, 1,13 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

17
Mövzu:
Dünyanı cənginə almış bəla
Avropa İttifaqının bayrağı (Aİ), arxiv şəkli

Avropada əlahiddə iclas keçiriləcək

13
(Yenilənib 01:45 22.10.2020)
Sentyabrın sonunda səhiyyə məsələləri üzrə Avropa komissarı Stella Kiriakidis bildirmişdi ki, Avropanın bir sıra ölkələrində koronavirusla bağlı vəziyyət pisləşməkdədir

BAKI, 22 oktyabr - Sputnik. Avropa İttifaqının (Aİ) başçısı Şarl Mişel koronavirusun yayılması səbəbilə əlahiddə iclas keçirmək qərarına gəlib. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə o, Twitter-də yazıb.

Ş.Mişel avropalı liderləri oktyabrın 29-da qeyri-rəsmi videokonfransa dəvət edib.

"Biz koronavirusla mübarizədə kollektiv səylərimizi birləşdirməliyik", - Mişel yazıb.

Bir müddət öncə Avropa ölkələri arasında ilk "koronavirus milyonçusu" İspaniya oldu. Pandemiya başlanandan bəri bu qədər yoluxma sayı ilə İspaniya dünya üzrə altıncı pilləyə yüksəldi.

Sentyabrın sonunda səhiyyə məsələləri üzrə Avropa komissarı Stella Kiriakidis bildirmişdi ki, Avropanın bir sıra ölkələrində koronavirusla bağlı vəziyyət pisləşməkdədir. Onun sözlərinə görə, yazdakı alovlanmaya bənzər yoluxmanın qarşısını almaq üçün Avropanın son şansı qala bilər, buna görə də avrokomissar epidemiya əleyhinə tədbirlər görməyə səsləyib.

Oktyabrın 21-nə olan məlumata görə, dünyada 40.9 milyon COVID-19 xəstəsi var. Bunlardan 1,12 milyonu dünyasını dəyişib, 27.9 milyonu isə sağala bilib. Yoluxma sayına görə ABŞ, Hindistan, Braziliya, Rusiya və Argentina öndədir. 

13
Teqlər:
iclas, Şarl Mişel, Avropa, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Azərbaycanda son sutkada 714 nəfər koronavirusa yoluxdu - Yenə rekord
Alimlər koronavirus zamanı karantin rejiminin tətbiq olunmasına qarşı çıxdılar
"Youtube" bəzi videoları siləcək
Bill Qeyts koronavirusa qalib gəlməyin yeganə yolunu açıqladı
Vasif Əliyev: “İnsanlar son günlər sanki koronavirusu unudublar”
Payızda yarpaq tökümü, arxiv şəkli

Sabaha hava proqnozu açıqlandı

0
(Yenilənib 13:55 22.10.2020)
Tibbi-meteoroloji proqnoza gəldikdə isə oktyabrın 23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

BAKI, 22 oktyabr — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata istinadla xəbər verir ki, havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 19-22, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Oktyabrın 23-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-13, gündüz 18-23, dağlarda gecə 2-7, gündüz 10-14 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə oktyabrın 23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

0