Ermənistanda koronavirus bir gündə dörd nəfəri öldürdü

© REUTERS / STRINGERErmenistan koronavirüs
Ermenistan koronavirüs - Sputnik Azərbaycan
Abunə olmaq
Bu ölkədə koronavirusa yoluxanların sayı 6661-ə çatıb. COVID-19-dan ölənlərin ümumi sayı isə artıq 81-dir

BAKI, 24 may — Sputnik. Ermənistanda sutka ərzində daha 359 nəfərdə koronavirus aşkarlanıb. Dörd nəfər isə ölüb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin saytında məlumat verilib.

Ümumilikdə bu ölkədə koronavirusa yoluxanların sayı 6661-ə çatıb. COVID-19-dan ölənlərin ümumi sayı isə artıq 81-dir. 3483 xəstə müalicə olunur, 50397 koronavirus testi aparılıb.

Ölkədə martın 16-dan iyunun 13-dək fövqəladə vəziyyət elan olunub.

Xəbər lenti
0