Qonşularımız arasında nə baş verir? Koronavirus iki ölkəni düşmən edir

© AP Photo / David ZalubowskiТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistanın səhiyyə naziri Arsen Torosyanın Gürcüstanda koronavirusla bağlı statistik göstəricilərə şübhə ilə yanaşdığı barədə bəyanatı Gürcüstanda sərt qarşılanıb

BAKI, 23 may – Sputnik. Gürcüstanda daha 5 nəfərdə koronavirus aşkarlanıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Свежие могилы на кладбище в Манау, Бразилия - Sputnik Azərbaycan
ÜST koronavirusun yeni mərkəzinin adını açıqladı

Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 728-ə çatıb. Onların 509-u artıq sağalıb, 12-si isə dünyasını dəyişib.

Hazırda ölkə üzrə karantində 3 259, stasionar nəzarətdə isə 323 nəfər saxlanılır. Xaricdən gətirilən 3 Gürcüstan vətəndaşı da ölkədə müalicə olunur.

Ermənistanda isə daha 374 nəfərdə koronavirus aşkarlanıb, 3 nəfər ölüb. Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 6 302-yə yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 77-yə çatıb.

Bildirilib ki, indiyədək 2 936 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 3 257 aktiv koronavirus xəstəsi var.

Bu arada, Gürcüstan və Ermənistan arasında koronavirusla bağlı qalmaqal yaşanır. Buna Ermənistanın səhiyyə naziri Arsen Torosyanın Gürcüstanda koronavirusla bağlı statistik göstəricilərə şübhə ilə yanaşdığını söyləməsi səbəb olub. O, qonşu ölkədə yoluxanların sayının hər gün 1-2 nəfər olduğuna inanmadığını deyib. A.Torosyan həmçinin iddia edib ki, Gürcüstandan Ermənistana gələn vətəndaşlarda, həmçinin yük maşını sürücülərində COVID-19-a çox sayda yoluxma halları aşkarlanıb. 

Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş infeksionist Amiran Qamkrelidze Torosyandan belə bəyanat gözləmədiyini bəyan edib. O, deyib ki, əgər belə hallar olubsa, Ermənistan bu barədə həm Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), həm də Gürcüstana məlumat təqdim etməli idi: “O, Mərkəzimizin saytında ingilis dilində də dərc olunan göstəricilərə baxa bilər. Bu gün Gürcüstanda bütün xəstəxanalar və ambulator tibb müəssisələrində olan pnevmoniya xəstələrinin hamısı testdən keçirilir”.

Çin bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan
Çin qalib gəldi! İlk dəfə yeni koronavirus faktı qeydə alınmadı

Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadze isə Torosyandan üzr istəməsini tələb edib: “Ermənistanın səhiyyə naziri Arsen Torosyan Gürcüstanda COVID-19-la bağlı rəsmi göstəricilərlə bağlı şübhələrini ya əsaslandırmalı, ya da üzr istəməlidir”.

Onun sözlərinə görə, yüksək səviyyəli dövlət məmuru heç bir arqument olmadan belə açıqlamalar verməməlidir: “Gürcüstanda COVID-19 xəstələri ən yüksək beynəlxalq standartlara uyğun olaraq aşkar edilir və qeydiyyata alınır. Göstəricilərin etibarlılığını hələ heç bir beynəlxalq təşkilat və ya ekspert şübhə altına almayıb”.

T.Tsertsvadze deyib ki, erməni nazirin ölkəsində epidemiya əleyhinə sistemin Gürcüstandakından daha güclü olması barədə bəyanatı ən azı gülüş doğurur: “Biz Arsen Torosyanı və digər maraqlı olanları koronavirusla bağlı vəziyyətin idarə olunmasında Gürcüstan təcrübəsini öyrənmək üçün ölkəyə dəvət edirik”.

Xəbər lenti
0