COVİD-19-da ölən şəxs, arxiv şəkli

Koronavirusdan ən çox belə xəstələr ölür

25
(Yenilənib 19:44 23.05.2020)
Tibb adamları qeyd edir ki, koronavirus böyrək problemi olan xəstələrin ölüm halını artırıb. Bundan əlavə serrozdan dünyasını dəyişən xəstələrin 80 faizinin ölüm səbəbi ağciyərlər olub

BAKI, 23 may — Sputnik. Koronavirusdan ölüm riskinin yüksək olduğu xəstəliklər müəyyən edilib.

Sputnik Gürcüstan xəbər verir ki, xroniki böyrək xəstəliyi və serrozu olan şəxslər koronavirusa yoluxandan sonra əksər hallarda ölür. Bu barədə Journal Of Hepatology portalında işıq üzü görmüş araşdırmada deyilir.

Ekspertlər böyrək problemi olan və koronavirusa yoluxmuş 150 mindən çox insanın anket məlumatlarını təhlil ediblər. Müəyyən olunub ki, onların 50 faizi xəstəxanaya yerləşdirildikdən sonra süni nəfəs aparatına qoşulub. Və 40 faizi ölüb.

Tibb adamları qeyd edir ki, koronavirus böyrək problemi olan xəstələrin ölüm halını artırıb. Bundan əlavə serrozdan dünyasını dəyişən xəstələrin 80 faizinin ölüm səbəbi ağciyərlər olub.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 5 milyon nəfər koronavirusa yoluxub, 330 mindən çox nəfər ölüb. Təşkilat martın 11-də infeksiyanı pandemiya elan edib.

25

Rusiya universal desant gəmiləri tikir: müqaviləni pozan fransızlara meydan oxuyurlar

8
(Yenilənib 01:56 26.05.2020)
2014-cü ildə Fransa tərəfi Rusiya HDD üçün “Mistral” tipli iki vertolyotdaşıyanın tikintisi üzrə müqaviləni pozduqdan sonra rusiyalı mütəxəssislər yeni layihələr qurmaqda xeyli yol qət etdilər və indi fransızları bir sıra parametrlərdə geridə qoymaq niyyətindədirlər

BAKI, 26 may – Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Müdafiə qabiliyyətinin gücləndirilməsi və yüksək texnologiyalı silahların yaradılması sahəsində Rusiya xarici partnyorlarından asılı deyil, bunu Rusiya Hərbi Dəniz Donanmasının maraqlarına cavab verən müasir gəmi tikintisinin keyfiyyəti və sürəti də sübut edir.

RF Müdafiə Nazirliyi və Kerç gəmi tikintisi zavodu “Zaliv” ilk iki universal desant gəmisinin (UDG) tikintisi barədə müqavilə imzalayıblar. KİV-in məlumatına görə, razılaşmanın qiyməti təxminən 100 milyard rubldur. Çox güman ki, əsas UDG-nin tikintisinə yayda başlanacaq. Onun layihəsi Zelenodolsk layihə-konstruktor bürosunda hazırlanıb.

Rusiyanın Hərbi Dəniz Donanmasında bu tip gəmi indiyədək olmayıb. Fransız “Mistral”larının rus analoqları HDD-yə Dünya okeanının uzaq rayonlarında operativ şəkildə peyda olmağa imkan verəcək. Əsas UDG donanmanın hərbi bölməsinə 2026-cı ilədək daxil olmalıdır, bundan sonra isə seriya istehsalına başlana bilər. Layihənin taleyi ümumilikdə 2027-ci ilədək Silahlanma üzrə Dövlət Proqramı ilə təyin edilir.

Rusiya Hava-Kosmik Qüvvələrinin (HKQ) Tu-22M3 uzaqmənzilli bombardmançı-raketdaşıyanları, arxiv şəkli
© Sputnik / Maksim Blinov

Rusiyanın Suriyadakı hərbi əməliyyatları 15000-25000 ton subasma qabiliyyətinə malik iri desant gəmilərinin əhəmiyyətini təsdiq etdi. Gəmi tikintisinin bu sektoruna ən yüksək səviyyədə diqqət ayrılır – Prezident Vladimir Putin 2020-ci il yanvarın 9-da Sevastopoldakı Naximov adına Qara dəniz ali hərbi dəniz məktəbinə baş çəkdi, HDD-nin inkişafına həsr olunmuş ekspozisiya və uzaq dəniz zonası UDG-nin bəzi xarakteristikaları ilə tanış oldu.

Bir müddət əvvəl RİA Novosti-nin Müdafiə Sənayesi Kompleksindəki mənbəsi bildirmişdi ki, 2020-ci ildə Kerçdə göyərtəsində 16 vertolyotu daşımaq gücünə malik iki universal desant gəmisinin tikintisinə başlanacaq. Digər məlumatlara görə, Rusiya Müdafiə Nazirliyi UDG-nin göyərtəsində 20-dən artıq ağır vertolyot yerləşdirməyi planlaşdırır, gəmilərin desant katerləri üçün dok kameraları olacaq və onlar 900-dək standart silahlanmış dəniz piyadasını döyüş nöqtəsinə çatdıra biləcək. Məlumatların müxtəlifliyi onunla izah olunur ki, bir neçə dəyərli layihə arasında qızğın rəqabət gedir, bu da ki donanmanın xeyrinədir. 2014-cü ildə Fransa tərəfi Rusiya HDD üçün “Mistral” tipli iki vertolyotdaşıyanın tikintisi üzrə müqaviləni pozduqdan sonra rusiyalı mütəxəssislər yeni layihələr qurmaqda xeyli yol qət etdilər və indi fransızları bir sıra parametrlərdə geridə qoymaq niyyətindədirlər.

Hərbi gəmi

Gəmi mürəkkəbdir. UDG-nin təyinatı hərbi vertolyotların iştirakı (gəmi aviaqrupu) ilə desant əməliyyatı zamanı dəniz yolu ilə (min mil) qoşunları və texnikanı daşıyaraq təchiz olunmamış sahilə çıxarmaqdır. Gəmi mina və tor maneələr, rəqibin sualtı gəmilərini izləmə sisteminə malik hidroakustik buylar quraşdırmaq imkanına malikdir. Texnoloji cəhətdən desantın üfüqarxası çıxarılması da mümkündür (üzən zirehli texnika dok kameradan sahil xəttindən xeyli uzaqda çıxır, üzməyən isə - sahilə desant katerləri ilə çıxarılır).

UDG-nin göyərtəsində qoşun və güc qruplaşmasının operativ qərargahını, təxminən 1000-dək desantçını, zərbə və nəqliyyat vertolyotlarını (üst tikililərin anqarlarında və göyərtənin altında), hücum və desant katerlərini (vaterxətdən yuxarıda quru dok göyərtəsində), 76 mm-lik universal artilleriya (özünümüdafiə və rəqibin desantəleyhinə obyektlərinə atəş açmaq üçün), zenit özünümüdafiə vasitələri («Панцирь-МЕ» tipli modullar), eləcə də dəniz piyadalarının zirehli texnikasını (ən azı 50 BMP (ZPM) və 10 tank), kifayət qədər sursat (bütün qruplaşmanın bir neçə sutkalıq hərbi əməliyyatlarına çatacaq qədər) yerləşdirmək gərəkdir.

İlkin olaraq ehtimal edilirdi ki, Rusiyanın UDG-sinin aviaqrupu “Mistral”dakından çox olacaq (yəni 16 vertolyotdan çox) və güclü özünümüdafiə vasitələrinə (artilleriya və HHM də daxil olmaqla) malik olacaq . Bu gəmi üçün Rusiyanın zərbə Ка-52К «Катран», gəmi əleyhinə Ка-27, hərbi-nəqliyyat Ка-29 və radiolokasiya gözətçisi Ка-31 kimi əla göyərtə vertolyotları var. Amerikanın  Military Watch nəşri isə yazmışdı ki, Rusiya UDG-nin göyərtəsində şaquli uçuş qırıcıları - Як-141-in xələfləri – peyda ola bilər.

Gəmi inteqrasiya edilmiş taktiki və operativ taktiki hərbi idarəetmə sisteminə malik olmalıdır. Vəzifələrin uğurla yerinə yetirilməsi üçün UDG-nin müasir RLS-ə, naviqasiya kompleksinə, radioelektron mübarizə sistemi və sualtı diversiya qüvvələrinin aşkarlanması üçün vasitələrə də ehtiyacı var. Bütün sadalanan funksiyalar nəhəng ölçüləri və subasmanı, güclü mühərrik qurğusunu tələb edir. Krım gəmilərinin dəqiq xarakteristikaları hələ bəlli deyil, ancaq məsələn, rəqabətqabiliyyətli layihələrdən biri olan Krılov adına Dövlət Elmi Mərkəzinin «Priboy» UDG-sinin korpusunun uzunluğu 200 metr, vaterxətdə eni 34 metr, subasımı isə təxminən 23 min ton idi. ABŞ-da analoji “Amerika” tipli gəmilərin tam subasımı 45 min tondur (aviadaşıyıcılar kimi).

İstehsal bazası

Kerçin “Zaliv” zavodunun hərbi gəmi tikintisində kifayət qədər təcrübəsi var və o, “Krım Mistralı” layihəsinin dəmir variantının gerçəkləşdirilməsi üçün bütün texniki imkanlara malikdir. Quru dokun uzunluğu 360, eni 60 metrdir, UDG üçün çatar, hələ artıq da qalar. “Zaliv” 300 metr uzunluğu və 150 min ton subasımı olan gəmi tikməyə qadirdir. Bu, Avropanın lazımi avadanlığa və yüksək səviyyəli peşəkarlara malik ən nəhəng gəmi tikintisi müəssisələrindən biridir. Gəmilərin suya salınmasından sonra tikintisinin yekunlaşdırılması xüsusi kranla təchiz olunmuş iki dərinsulu körpünün üzərində həyata keçirilir. Bir müddət əvvəl Krım rəhbərliyi Kerçdəki “Zaliv” zavodunun universal desant gəmisinin tikintisi üçün hazır olduğunu təsdiq edib.

Ruriyanın Hərbi Dəniz Donanmasında böyük desant gəmilərinin (BDG) sayı da çox deyil və onlar zamanın tələbinə tam cavab vermir. Məsələn, 775 və 1171 layihələri üzrə BDG-lər 1974-1991-ci illərdə Polşanın Qdansk doklarında tikilmişdi. Sözsüz ki, HDD-nin bu sahəsində texnoloji inqilab gözlənilir -  Rusiyanın 2027-ci ilədək Silahlanma üzrə Dövlət Proqramına 19 trilyon rubl ayrılması gözlənilir, müasir okean HDD-nin tikilməsi isə Rusiya Federasiyasının müdafiə qabiliyyətinin inkişafının əsas istiqamətlərindən biridir.

8
Əlaqədar
Rusiya yeni silahını sınaqdan keçirdi: insana çox az ehtiyacı var
100 milyon dollarlıq paradoks və ya F-35-in quyruğu niyə qopur
“Bumeranq”ın ixrac potensialı – $ 1 mlrd: Rusiya platforması nə ilə unikaldır
Rusiyanın beşinci nəsil qırıcıları sınaqlardan üzüağ çıxıb
“Sarmat” uçmağa hazırlaşır: yeni “Şeytan” Rusiyanın nəyinə lazımdır?

Simptomsuz koronavirusu necə təyin etmək olar?

31
Mayın 25-də “Rospotrebnadzor”un rəhbəri Anna Popova qeyd etmişdi ki, indi insanlar koronavirus səbəbindən “yeni normal şərtlərə” uyğun yaşamağa alışmalıdırlar

BAKI, 25 may - Sputnik. Koronavirusu heç bir əlamət olmadan keçirən xəstələrdə onu yalnız və yalnız analizlər vasitəsilə təyin etmək mümkündür.

Sputnik Azərbaycan bildirir ki, bunu tibb elmləri doktoru, pulmonoloq Aleksandr Karabinenko “Zvezda” telekanalına müsahibəsində deyib.

O izah edib ki, insanın koronavirus infeksiyasına yoluxmasını onun orqanizmindəki müvafiq anticisimlərlə təyin etmək mümkündür. Yəni xəstəliyi simptomsuz keçirənlərə xarici görünüşünə baxıb diaqnoz qoymaq heç cür mümkün deyil, həkim deyib.

Mayın 25-də “Rospotrebnadzor”un rəhbəri Anna Popova qeyd etmişdi ki, indi insanlar koronavirus səbəbindən “yeni normal şərtlərə” uyğun yaşamağa alışmalıdırlar: “Tamamilə aydındır ki, virus getməyə hazırlaşmır. Ancaq biz artıq çox şey bacarırıq, çox şeyi öyrəndik, yəni bu müddət ərzində bu virusla yaşamağı da öyrəndik”.

31
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
İkinci mərhələ başlayır: Koronavirus əleyhinə peyvəndin bir addımlığında
Azərbaycanın dostu olduğu ölkə koronavirusa qalib gəldiyini elan etdi
Koronavirusun fəsadlarının dərmanı dənizdən “çıxdı”
Lavrov: "Koronavirus beynəlxalq münasibətlərin yaxşılaşmasına kömək edə bilər"
Biz indi koronavirus dalğasının harasındayıq?

Səhəri dəhşətli qəza xəbəri ilə açdıq: 5 ölü

0
(Yenilənib 09:40 26.05.2020)
Müşfiqabad qəsəbəsi ərasində iki avtomobilin toqquşması nəticəsində 5 nəfər ölüb, iki nəfər ağır xəsarət alıb.

BAKI, 26 may – Sputnik. Bakı-Şamaxı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın APA-ya istinadla məlumatına görə, hadisə Müşfiqabad qəsəbəsi ərasində qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində 5 nəfər ölüb, iki nəfər ağır xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

0