Reanimasiyada COVİD-19 xəstəsi, arxiv şəkli

Onların sayı 5,2 milyonu keçdi

8
(Yenilənib 10:25 23.05.2020)
Dünyada 5 213 172 koronavirusa yoluxma halı qeydə alınıb. Onlardan 338 233 nəfəri vəfat edib, 2,05 milyon nəfəri isə sağalıb.

BAKI, 23 may — Sputnik. Onların sayı 5,2 milyonu keçdi

Dünyada yeni növ koronavirusa yoluxanların sayı 5,2 milyon nəfəri ötüb.

Sputnik Azərbaycan-ın məlumata görə, bu barədə ABŞ-ın Con Hopkin Universitetinin hesabatında deyilir.

Məlumata əsasən, dünyada 5 213 172 koronavirusa yoluxma halı qeydə alınıb. Onlardan 338 233 nəfəri vəfat edib, 2,05 milyon nəfəri isə sağalıb.

Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (1,6 milyon), Braziliyada (330,8 min), Rusiyada (326,4 min), Böyük Britaniyada (255,5 min) və İspaniyada (234,8 min) qeydə alınıb.

8
COVİD-19 xəstəsi, arxiv şəkli

Bir gündə 596 nəfər koronavirusa yoluxdu

7
Ermənistan Respublikasında son gündə daha 7 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 183-ə çatıb.

BAKI, 5 iyun — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 11817-yə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 596 nəfər artıb.

Ermənistanda son gündə daha 7 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 183-ə çatıb. Xəstəlikdən sağalanların sayı 3513 olub. Hazırda bu ölkədə olan 8052 nəfər xəstəxanada müalicə alır.

Gürcüstanda isə daha 5 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 805-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,6 milyonu keçib, 391 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

7
Yunanıstan ordusunun əsgəri Türkiyə ilə sərhəddə, arxiv şəkli

Bölgəmizdə yeni müharibə təhlükəsi - Qardaş ölkəni hərblə hədələdilər

95
(Yenilənib 12:46 05.06.2020)
"Hesab edirəm ki, Yunanıstan bu cür davranışın öhdəsindən gəlmək üçün bir tərəfdən öz bütün diplomatik silahlarını istifadə etməli, digər tərəfdən isə Silahlı Qüvvəlinin dayandırıcı qüvvəsinin artmasını təmin etməlidir"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 5 iyun — Sputnik. Yunanıstanın müdafiə naziri Nikos Panayotopulos bəyan edib ki, ölkəsi öz suveren haqlarının qorunması üçün hər şeyə, o cümlədən təxribat olacağı təqdirdə Türkiyəyə qarşı hərbi əməliyyatlara da hazırdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu müdafiə naziri Yunanıstanın "Star" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Yunanıstanın müdafiə naziri son vaxtlar Türkiyə tərəfindən təxribatların artdığını da bildirib: "Son vaxtlar Türkiyənin davranışı olduqca aqressivdir. Hesab edirəm ki, Yunanıstan bu cür davranışın öhdəsindən gəlmək üçün bir tərəfdən öz bütün diplomatik silahlarını istifadə etməli, digər tərəfdən isə Silahlı Qüvvəlinin dayandırıcı qüvvəsinin artmasını təmin etməlidir."

Yunanıstanın Baş nazirin müşavirinin dediyi kimi ölkə hərbi münaqişəyə hazırdırmı sualına Panayotopulos cavab verib: "Məhz belə!".

"O, bildirdi ki, biz istənilən vəziyyətə hazırlaşırıq. Təbii ki, istənilən vəziyyətə hərbi əməliyyatlar da daxildir. Biz bunu istəmirik, lakin biz bildirmək istəyirik ki, maksimum şəkildə öz suveren hüquqlarımızı qorumaq üçün mümkün olan hər şeyi edəcəyik".

95
Qadın icaze.e-gov.az sayt;nda qeydiyyatdan keçir, arxiv şəkli

Həsrət uzun çəkmədi - Məşhur portalın fəaliyyəti yenidən aktivləşdirildi

0
(Yenilənib 13:32 05.06.2020)
Bu barədə Sputnik Azərbaycan-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

BAKI, 5 iyun — Sputnik. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə müvafiq Qərarına əsasən icaze.e-gov.az portalının faaliyyəti yenidən aktivləşdirilib.

Bu barədə Sputnik Azərbaycan-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək məhdudiyyətlərin tətbiq edildiyi müddətdə fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə icaze.e-gov.az portalına daxil edildikdən sonra yol verilir.

Xüsusi karantin rejimi müddətində əməkdaşlar üçün icazənin alınması ilə bağlı qeydiyyatdan keçmiş dövlət və özəl təşkilatların portaldan istifadə rahatlığının, vaxt və resurlara qənaətinin təmin edilməsi məqsədi ilə icaze.e-gov.az portalında fəaliyyətinə icazə verilmiş qurumların əməkdaşlarının icazələri ləğv edilməyib.

Belə ki, dövlət və özəl təşkilatların möhür səlahiyyətli şəxsləri portala daxil olaraq sistemdə qeyd edilmiş əməkdaşın adının qarşısında "Aktivləşdir" düyməsini sıxaraq icazəsini yenidən aktivləşdirə bilərlər. Adları sistemdə olmayan əməkdaşların məlumatları isə icazə alınması üçün portala daxil edilməlidir. Yalnız Nazirlər Kabinetinin müvafiq qərarına əsasən fəaliyyətinə icazə verilən sahələrin əməkdaşlarının icazələri aktivləşdirilə bilər. Bu səbəbdən dövlət və özəl təşkilatlara əməkdaşlarının icazələrini aktivləşdirməmişdən öncə fəaliyyət sahələrinə Nazirlər Kabineti tərəfindən icazə verildiyinə əmin olmaları tövsiyə olunur.

Vətəndaşlar mövcud icazələrinin statusuna "myGov" portalında baxa bilərlər. Bunun üçün vətəndaş "myGov" portalına daxil olaraq öz şəxsi kabinetində "Məlumatlarım" bölməsini seçə, açılan pəncərədə "İcazələrin Alınması və Monitorinqi Sistemindən arayış"ın üzərinə sıxaraq öz icazəsinə baxa və ya elektron formasını yükləyə bilər.

Portaldan istifadə qaydaları ilə bağlı videotəlimat: https://youtu.be/gwMzT4YrF7s

Ətraflı məlumat üçün 108 "Çağrı" Mərkəzi ilə əlaqə saxlamaq mümkündür.

0