Cəmi 100 min və 5 milyon olacaqlar

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidГоспиталь COVID-19 в ГКБ №1 им. Н.И. Пирогова
Госпиталь COVID-19 в ГКБ №1 им. Н.И. Пирогова - Sputnik Azərbaycan
Abunə olmaq
Dünyada 4900155 nəfər virusa yoluxub. Son sutka ərzində isə 95,9 min nəfər virusa yoluxub. Koronavirusdan bu günə kimi 323 min nəfər ölüb, 1,68 milyon nəfər sağalıb

BAKI, 20 may — Sputnik. Dünyada koronavirusa yoluxanların ümumi sayı 4,9 milyon nəfərə çatıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Cons Hopkins Universitetinin saytında məlumat verilib. Məlumata görə, pandemiya dünyanın 188 ölkəsini əhatə edir.

Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Olimpiya çempionumuz koronavirusa yoluxdu - FOTO

Saytın məlumatına görə, dünyada 4900155 nəfər virusa yoluxub. Son sutka ərzində isə 95,9 min nəfər virusa yoluxub. Koronavirusdan bu günə kimi 323 min nəfər ölüb, 1,68 milyon nəfər sağalıb.

SARS-CoV-2 virusunda zərər görən ölkələr arasında ABŞ (1,5 milyon yoluxma) liderlik edir. İkinci yerdə isə Rusiyadadır. Bu günə qədər Rusiyada 299,9 min yoluxma qeydə alınıb.

Sonrakı yerlərdə Braziliya (271,8 min yoluxma), Böyük Britaniya (250,1 min yoluxma) və İspaniyadır (232 min yoluxma).

İnfeksiyadan ABŞ-da 91921 nəfər dünyasını dəyişib.

Rusiya da isə son gün ərzində 9263 hal qeydə alınıb. Ölkədə 299941 yoluxma qeydə alınıb, 76130 min sağalıb, 2837 nəfər ölüb. Xəstəlik yayılmağa başlayandan bu günə qədər 7,3 milyon koronavirus testi aparılıb.

Xatırladaq ki, yeni növ COVİD-19 ötən ilin dekabr ayında Çinin Uhan əyalətində müşahidə edilib. Martın 11-də isə Ümumdünya Səhiyyə Təşkilatı xəstəliyi pandemiya elan edib.

Xəbər lenti
0