Onlar üçün koronavirus “bitdi”: Sərhədləri açırlar

© REUTERS / Leonhard FoegerСитуация в связи с эпидемиологической обстановкой в Австрии
Ситуация в связи с эпидемиологической обстановкой в Австрии - Sputnik Azərbaycan
Abunə olmaq
Latviya, Estoniya və Litva da xarici sərhədlərini bağlı saxlayaraq öz aralarında daxili sərhədləri açmağa qərar veriblər. Bu ölkələrə xarici dövlətlərdən gələnlər iki həftə məcburi karantin rejimində qalmalı olacaqlar.

BAKI, 17 may — Sputnik. Avstriya mayın 17-dən etibarən Almaniya, İsveçrə və Lixtenşteyn ilə yanaşı, həmçinin Çexiya, Slovakiya və Macarıstanla sərhədlərini açır.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Federal Daxili İşlər Nazirliyi məlumat yayıb. Xəbərdə bildirilir ki, məqsəd yenidən sərnişin və yük daşımalarını təmin etmək, xüsusilə də sərhədyanı bölgələrdə yaşayan və çalışan insanların sərbəst şəkildə sərhədi keçməsini asanlaşdırmaqdır.

Церемония открытия моста на реке Самур между Азербайджаном и Россией - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycan sərhədi bağlı qalacaq – Məhdudiyyətin vaxti uzadıldı

Mayın 17-dən etibarən sadalanan ölkələrlə sərhəddə hər bir avtomobildəki şəxslərin sağlamlıq vəziyyəti daha yoxlanılmayacaq, bu proses yalnız xüsusi hallarda və reydlər zamanı həyata keçiriləcək. Macarıstandakı miqrasiya vəziyyəti ilə əlaqədar sərhəd-keçid məntəqələrindəki yoxlanışlar isə qüvvədə qalacaq.

Məlumatda, həmçinin bildirilir ki, Daxili İşlər, Avropa Məsələləri və Xarici İşlər nazirlikləri növbəti addımlarla bağlı qonşu ölkələrin müvafiq qurumları ilə əlaqəli iş aparırlar. Epidemioloji vəziyyət icazə verərsə, o zaman bu ölkələrlə sərhədlər iyunun 15-də ikinci mərhələ çərçivəsində tam şəkildə açıla bilər.

Latviya, Estoniya və Litva da xarici sərhədlərini bağlı saxlayaraq öz aralarında daxili sərhədləri açmağa qərar veriblər. Bu ölkələrə xarici dövlətlərdən gələnlər iki həftə məcburi karantin rejimində qalmalı olacaqlar.

“Estoniya, Latviya və Litva Avropada “kiçik Şengen zonası” − daxili sərhədi olmayan zona yaradıb. Bu gündən etibarən hamımız - Baltikyanı ölkələrin əhalisi epidemioloji qaydalara riayət edərək dövlətlərimiz arasındakı sərhədi keçməkdə azadıq. Bu, Latviya üçün xüsusilə vacibdir, çünki Litva və Estoniya bizim ən böyük iqtisadi tərəfdaşlarımızdır”, – deyə Latviya Prezidenti Eqils Leviç söyləyib.

Xəbər lenti
0