İki Avropa ölkəsi koronavirusa qalib gəlib

© REUTERS / Borut ZivulovicСитуация в связи с эпидемиологической обстановкой в Словении
Ситуация в связи с эпидемиологической обстановкой в Словении - Sputnik Azərbaycan
Abunə olmaq
Hökumət bəzi ehtiyat tədbirlərini ləğv edəcək: məsələn, mayın sonunda vətəndaşlara və biznesə maliyyə yardımını dayandıracaq.

BAKI, 15 may — Sputnik. Sloveniya koronavirus epidemiyası üzərində qələbə qazandığını və bəzi karantin tədbirlərinin aradan qaldırıldığını elan edib.

Sputnik Azərbaycan "Reuters" agentliyinə istinadən xəbər verir ki, Sloveniya Avropada bu cür bəyanat verən ilk ölkədir. 

Koronavirus öz nöqtəsini qoydu: Aliomarovun böyük arzuları reallaşa bilmədi  - Sputnik Azərbaycan
VİDEO
Koronavirus öz nöqtəsini qoydu: Aliomarovun böyük arzuları reallaşa bilmədi

"Son iki ay ərzində Sloveniya epidemiyanı dəf edib... Bu gün bütün Avropada ən yaxşı epidemioloji mənzərə bizdədir", - Sloveniyanın Baş naziri Yanez Yanşa bildirib.

Hökumət bəzi ehtiyat tədbirlərini ləğv edəcək: məsələn, mayın sonunda vətəndaşlara və biznesə maliyyə yardımını dayandıracaq. Digər Avropa İttifaqı ölkələrinin sakinləri artıq Sloveniyaya gələrkən karantinə göndərilməyəcəklər. Aİ üzvü olmayan ölkələrin vətəndaşları üçün isə bu tələb qalacaq.

Lyublyana həmçinin ictimai yerlərdə sosial məsafənin qorunmasında və maskaların geyilməsində israr edir. Kütləvi tədbirlər də qadağandır. Hökumətdə vurğulayırlar ki, antikarantin tədbirləri ən azı 14 gün davam edəcək.

Estoniyanın Sosial İşlər naziri Tanel Kiyk də ölkəsinin koronavirus infeksiyası üzərində qələbə qazanmağa müvəffəq olduğunu bildirib. Bu barədə ERR xəbər verir. Onun sözlərinə görə, hazırda Estoniya yalnız ikinci dalğalarla, kiçik lokal infeksiya ocaqları ilə üzləşir.

Kiykin fikrincə, səmərəli və vaxtında yeridilmiş karantin sayəsində buna nail olmaq mümkün olub. Nazir əmindir ki, karantin olmasaydı, koronavirus xəstəliyinə ən azı 20 min adam yoluxa bilərdi və ən azı min nəfər həlak olardı.

Xəbər lenti
0