Tramp koronavirusdan itirdiyi dostlarından danışıb

© REUTERS / Tom Brenner Президент США Дональд Трамп во время посещения завода по производству масок Honeywell в Фениксе, США
Президент США Дональд Трамп во время посещения завода по производству масок Honeywell в Фениксе, США - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident növbəti dəfə koronavirusu adi qriplə müqayisə edib. Onun sözlərinə görə, qrip virusuna yoluxan insanlar iki-üç gün sonra özlərinə gəlirlər, amma koronavirusda vəziyyət fərqlidir.

BAKI, 15 may - Sputnik. ABŞ prezidenti Donald Tramp tanıdığı beş şəxsin koronavirusdan öldüyünü etiraf edib.

Bu barədə “Report” xəbər verir.

"Mən beş insan itirdim, hansıları ki, tanıyırdım. Onlardan ikisi mənim çox yaxın dostlarım idi… Onlar yaşlı idilər, deyə bilmirəm, onların çox gözəl sağlamlığı var idi. Deyə bilmirəm ki, onlarda mükəmməl çəki var idi. Qeyri-mükəmməl... Amma onlar öldülər. Bu, dəhşətdir", - ABŞ rəhbəri Pensilvaniya ştatında “Owens & Minor Inc.” şirkətinin tibbi məhsulunun çeşidləmə mərkəzi əməkdaşlarının qarşısında çıxış edərkən deyib.

Prezident növbəti dəfə koronavirusu adi qriplə müqayisə edib. Onun sözlərinə görə, qrip virusuna yoluxan insanlar iki-üç gün sonra özlərinə gəlirlər, amma koronavirusda vəziyyət fərqlidir.

"Siz iki-üç gün sonra onlara zəng edirsiniz: vəziyyətləri necədir? "Ser, onlar komadadır". Onlar komadadır?" - Tramp əlavə edib.

Xəbər lenti
0