Əldə şpris, arxiv şəkli

"Hərbi yolla". Alim koronavirusa qarşı peyvəndləmə ssenarisindən danışdı

114
(Yenilənib 11:39 15.05.2020)
"Bu halda, bütün əhalini deyil, "təhlükəli" kontingentin bir hissəsini, yəni koronavirus infeksiyasının ocaqlarında işləyən və xəstəliyi ağır keçirmək riskləri olan insanları peyvəndləməyə başlayacaqlar", - alim bildirib

BAKI, 15 may — Sputnik. Rusiyada koronavirusa qarşı peyvəndləmə "hərbi yolla" gedə bilər.

Sputnik radiosu xəbər verir ki, Rusiyanın Əməkdar elm xadimi, akademik Sergey Kolesnikov belə hesab edir. 

Onun fikrincə, vəziyyət peyvəndləmənin qeyri-ənənəvi yolla irəliləməsinə səbəb ola bilər ki, bu zaman peyvəndlər artıq bu payız vurula bilər.

Akademik preparatların fövqəladə vəziyyətdə qeydiyyata alınmasının xüsusi bir prinsipinin olduğunu xatırladıb.

"İstisna deyil ki, yüksək ölüm və yoluxmanı nəzərə alaraq hərbi yolla gedəcəyik. Bu halda, bütün əhalini deyil, "təhlükəli" kontingentin bir hissəsini, yəni koronavirus infeksiyasının ocaqlarında işləyən və xəstəliyi ağır keçirmək riskləri olan insanları peyvəndləməyə başlayacaqlar. Belə bir eksperiment tamamilə mümkündür, lakin bu, peyvəndləmənin qeyri-ənənəvi yoludur. Amma əgər bu yolu seçsələr, peyvəndləmə payızda və ya qış ərəfəsində başlaya bilər", - Kolesnikov bildirib.

"Əks halda, peyvəndləmə ilin sonundan əvvəl başlamayacaq", - o hesab edir.

114
Jerar Depardye, arxiv şəkli

Fransalı aktyor Jerar Depardye müsəlmanlardan üzr istədi

8
(Yenilənib 18:36 27.10.2020)
Jerar Depardye: "Fransız olaraq ölkəmizdə baş verənlərdən narahatam. Müsəlmanlar nə ediblər ki, siz onları təhqir edirsiniz?"

BAKI, 27 oktyabr — Sputnik. Dünya şöhrətli fransalı kinoaktyor Jerar Depardye ölkəsində baş verən hadisələrdən danışıb.

Sputnik Azərbaycan xəbər verir ki, aktyor mövcud Fransa hakimiyyətinin bacarıqsızlığından gileylənib. Eyni zamanda müsəlmanlara qarşı zorakılığı pisləyərək, onlardan üzr istəyib:

"Lənət şeytana, niyə mən həmişə siyasətə qatılmalıyam?

Fransız olaraq ölkəmizdə baş verənlərdən narahatam. Müsəlmanlar nə ediblər ki, siz onları təhqir edirsiniz? Nə üçün siz onların dininə hörmətlə yanaşmırsınız, onların inancına qarışırsınız? Mən bilirəm ki, bizim respublikanın prezidenti homoseksualdır. Ancaq bu mövzuya heç kəs və heç zaman toxunmur.

Onun təcrübəsizliyi üzündən yürütdüyü siyasət bizi uçuruma aparır. Öz adımdan həmvətənlərimə və bütün müsəlman icmasına salam göndərirəm. Edilən təhqirlərə və nifrətə görə üzr istəyirəm. Hamını sülh içində yaşamağa dəvət edirəm".

Qeyd edək ki, aktyor Fransa Prezidenti Fransua Ollandın illik gəliri 1 milyon avrodan çox olan şəxslərdən 75 faiz vergi tutulmasını nəzərdə tutan vergi islahatından sonra yaşayış yerini dəyişməyə qərar vermişdi. O, Fransa pasportundan imtina edərək Belçika vətəndaşlığını qəbul etmək niyyətində olduğunu bəyan etmişdi.

2013-cü ildə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin fransız aktyor Jerar Depardyenin Rusiya Federasiyası vətəndaşlığına qəbul edilməsi haqqında fərman imzalamışdı. Hazırda aktyor Rusiya vətəndaşıdır.

8
Əlaqədar
Ərdoğanın boykot çağırışına Fransadan ilk reaksiya
Pol Poqbadan Makrona etiraz - millidə oynamayacaq
Ərdoğan millətimizə səsləndi: "Aman, fransız markalı malları almayın!"
Dünya müsəlmanları Fransa mallarını boykot etməyə çağırırlar
Türkiyə bayrağı

Rəsmi Moskva Türkiyənin Qarabağ danışıqlarında iştirakı barədə

24
(Yenilənib 18:42 27.10.2020)
"Bu məsələdə yalnız qarşı-qarşıya gələn tərəflərin – yəni Azərbaycan və Ermənistanın mövqeyi önəmlidir"

BAKI, 27 oktyabr — Sputnik. Türkiyənin Dağlıq Qarabağ üzrə danışıqlarda iştirak etməsi məsələsində yalnız qarşı-qarşıya gələn tərəflərin – Azərbaycan və Ermənistanın mövqeyi önəmlidir. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bu məsələdə yalnız qarşı-qarşıya gələn tərəflərin – yəni Azərbaycan və Ermənistanın mövqeyi önəmlidir. Çünki yalnız bu ölkələr bu və ya digər ölkənin nizamlanma prosesində iştirakına razılıq verə və ya onların iştirakını istəyə bilər", - deyə Peskov jurnalistin "Kremldə Türkiyənin Ermənistan-Azərbaycan danışıqlarının növbəti raunduna cəlb edilməli olduğunu düşünürlərmi?" sualına cavab olaraq bildirib.

 

24
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Ermənilərin Bərdəni atəşə tutması nəticəsində ölənlərin sayı artdı
Ceyhun Bayramov: "Azərbaycanın səfərbərlik potensialı kifayət edir"
Prezidentin köməkçisi: "İran, Rusiya və Türkiyənin iştirakı ilə Minsk qrupuna paralel..."
İlham Əliyev: "İşğalçı siyasətdən imtina etsələr, barışıq mümkündür"
İranın xüsusi elçisi Qarabağa görə Bakı, Moskva, Yerevan və Ankaraya səfər edəcək