Hong Kong birjasının indeksi, arxiv şəkli

ABŞ Çin dünya iqtisadiyyatını məhv etməyə hazırlaşırlar

66
(Yenilənib 08:57 13.05.2020)
Çin Sosial Elmlər Akademiyasının eksperti Gao Linyun: İndi ÇXR ABŞ-la qarşıdurmaya daha yaxşı hazırdır, çünki Amerika iqtisadiyyatına cavab zərbəsinin necə vurulacağını bilir.

BAKI, 13 may — Sputnik. ABŞ və Çin rəsmiləri münasibətlərin gərginləşməsinə, hətta yeni rüsumlarının tətbiqinə və ticarət sövdələşməsinin birinci hissəsinin kəsilməsinə qədər getməyə hazırlaşıblar. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu "Global Times" sözügedən qərarları qəbul edən məmurlara yaxın mənbələrə istinadla yazıb.

Bu vəziyyət dünya iqtisadiyyatını məhv etməkdədir. Bir çox ekspertlərin qiymətləndirməsinə görə, koronavirus pandemiyası səbəbindən dünya İkinci Dünya müharibəsindən sonra ən pis böhranla üzləşməkdədir.

Dünyanın iki ən böyük iqtisadiyyatının münaqişəsi 2019-cu ildə artımın qarşısını kəsən əsas əyləc rolunu oynayıb. Tərəflər yalnız ilin sonunda bir-birinə yaxınlaşmağa doğru addımlar atmağa başlayıblar, yanvarda isə hərtərəfli sazişin birinci hissəsi barədə razılığa gəliblər. Lakin son bir ayda ABŞ-da koronavirusu yaydığına görə Çin Xalq Respublikasının cəzalandırılmasının vacibliyi haqda söhbətlər başlayıb.

Ağ Evin məsləhətçisi Piter Navarro CNBC-yə verdiyi müsahibədə bildirib ki, Çin xəstəliklə mübarizə üçün vaxtında həyata keçirilməmiş tədbirlərə görə "hesab ödəməlidir".

O, ABŞ-ın ata biləcəyi konkret tədbirlərdən danışmaqdan imtina edib, lakin Çin Kommunist Partiyasının Amerika iqtisadiyyatındakı problemlərə görə məsuliyyət daşıdığını anladıb. Əvvəllər məhz belə arqumentlər ticarət rüsumlarının quraşdırılması üçün bəhanə idi.

Öz növbəsində, Çində də belə ittihamların fonunda sövdələşməni pozmaq və münaqişəni davam etdirmək istəyi kəskin şəkildə artmaqdadır. Bundan əvvəl, səlahiyyətlilərin əksəriyyəti kompromis düşüncəsinə meylli idi, lakin son zamanlarda öhdəliklərdən imtina üçün fors-major hallardan istifadə ideyası üstünlük təşkil edir. Pekində hesab edirlər ki, ABŞ-dakı görünməmiş problemlərdən, həmçinin qarşıdan gələn prezident seçkilərindən istifadə edə bilərlər.

Belə ki, Çin Sosial Elmlər Akademiyasının eksperti Gao Linyun (Gao Lingyun) göstərir ki, indi ÇXR ABŞ-la qarşıdurmaya daha yaxşı hazırdır, çünki Amerika iqtisadiyyatına cavab zərbəsinin necə vurulacağını bilir.

Hal-hazırda Tramp Çin ilə ticarət razılaşmasının birinci mərhələsinin şərtlərindən imtina etmək niyyətində olmadığını iddia edir, lakin onun öhdəliklərini yerinə yetirdiyinə əmin olmaq istəyir.

İmzalanan sazişlər çərçivəsində Pekin yaxın iki il ərzində ABŞ-dan 200 milyard dollar dəyərində mal və xidmətlər almalıdır. Lakin Vaşinqton Çin qarşısında borc öhdəliklərinin bir hissəsindən imtina etmək qərarına gələrsə, belə satınalmaların ehtimalı kəskin şəkildə azalır.

66
Əlaqədar
Çin martın əvvəlindən 1,5 milyard dollarlıq tibbi ləvazimat ixrac edib
Elə bilirdilər bitib, amma əsas "konsert" qabaqdadır – Yenə də Çin
"ABŞ başa düşməlidir ki, onun düşməni virusdur, Çin yox"
Pandemiyadan gələn gəlir: Çin 8 milyardlıq tibbi avadanlıq satıb
Ermənistanda Rusiya hərbi bazası, arxiv şəkli

Ermənistan Rusiya ilə hərbi əməkdaşlığı davam etdirəcək

0
(Yenilənib 22:24 10.07.2020)
Ermənistan həm ikitərəfli, həm də çoxtərəfli formatlarda müdafiə və təhlükəsizlik sahələrində Rusiya ilə hərbi-siyasi, hərbi və hərbi-texniki əməkdaşlığı inkişaf etdirməyə davam edib.

 

BAKI, 10 iyul — Sputnik. Ermənistan yeni milli təhlükəsizlik strategiyası çərçivəsində Rusiya ilə hərbi əməkdaşlığını davam etdirəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ermənistan hökumətinin saytında yerləşdirilən strategiyanın mətnində bildirilir.

Qeyd olunur ki, Ermənistan həm ikitərəfli, həm də çoxtərəfli formatlarda müdafiə və təhlükəsizlik sahələrində Rusiya ilə hərbi-siyasi, hərbi və hərbi-texniki əməkdaşlığı inkişaf etdirməyə davam edib.

Sənəddə, həmçinin vurğulanır ki, Yerevan üzv-ölkələrin maraqlarının effektiv şəkildə qorunması və strukturun institusional imkanlarının genişləndirilməsi naminə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində birgə təşəbbüslərdə aktiv şəkildə iştirak edir: "Ermənistan təşkilatın effektivliyinin artırılması və üzv ölkələrinin biri-birinə münasibətdə müttəfiqlik öhdəliklərinin yerinə yetirilməsi istiqamətində işlərini davam etdirəcək".

Sənəddə ABŞ-la əməkdaşlıq kontekstində hərbi-siyasi məsləhətləşmələrin və institutların islahatlarına yönələn qarşılıqlı əlaqələrin vacibliyi vurğulanır.

Sənəddə, həmçinin siyasi, ticari-iqtisadi, müdafiə və mədəni-humanitar sahələrdə Rusiya ilə strateji və müttəfiqlik əlaqələrinin inkişafı Yerevanın xarici siyasətində əsas prioritetlərindən biridir.

0
Rusiyada epdimioloji vəziyyət, arxiv şəkli

ÜST: Rusiyada koronavirus məhdudiyyətləri qayıda bilər

3
(Yenilənib 21:56 10.07.2020)
"Buna hazır olmaq lazımdır. Daha yaxşı olar ki, bu, tez olsun, virusun daha da yayılmasını gözləmək lazım deyil. Yanğın kiçik olanda söndürülməlidir", - Vuynoviç qeyd edib.

 

BAKI, 10 iyul — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının Rusiyadakı nümayəndəsi Melita Vuynoviç ölkənin koronavirusa görə yenidən məhdudlaşdırıcı tədbirlər görmək məcburiyyətində qalacağını istisna etməyib.

Sputnik Azərbaycan xəbər verir ki, Vuynoviç bu barədə RİA Novosti-yə verdiyi müsahibəsində danışıb.

"Fiziki məsafə salxanılmasa, yoluxma halları artmağa başlasa sadəcə başqa bir yol qalmayacaq", - Vuynoviç bir sıra ölkələrdə olduğu kimi Rusiyada da bəzi qadağaların geri qaytarılacağı riskinin olub-olmadığı sualına cavabında bildirib.

Onun sözlərinə görə, qadağaların qaytarılması ehtimalı dünyada koronavirusa qarşı peyvənd və ya dərman olmadığı müddətcə mövcud olacaq.

"Buna hazır olmaq lazımdır. Daha yaxşı olar ki, bu, tez olsun, virusun daha da yayılmasını gözləmək lazım deyil. Yanğın kiçik olanda söndürülməlidir", - Vuynoviç qeyd edib.

Son məlumatlara görə, Rusiyada COVID-19 xəstələrinin sayı sutka ərzində 6509 artaraq 707301 təşkil edib.

3
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Rusiyada koronavirusdan ölənlərin sayı 11 mini keçdi
Avstraliya və Honkonqda koronavirus məhdudiyyətləri bərpa olunur
Koronavirusa yoluxub sağalmış şəxslərlə bağlı vacib məqam
Azərbaycanın xaricdəki bəzi diplomatları koronavirusa yoluxub
Həyatınızla eksperiment aparmayın - Koronavirusu müalicə "edən" dərman təhlükəli çıxdı