Koronavirusa yoluxanların sayı daha bir milyonu keçdi

© REUTERS / SHANNON STAPLETONСитуация в связи с эпидемиологической обстановкой в США
Ситуация в связи с эпидемиологической обстановкой в США - Sputnik Azərbaycan
Abunə olmaq
Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 1 milyon 347 min 881 nəfərə çatıb

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 12 may — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 4 177 584-ə çatıb. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 286 300 nəfər vəfat edib, 1 456 235 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 1 milyon 347 min 881 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə İspaniya ilk yerdədir. Belə ki, bu ölkədə 227 436 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

 

Xəbər lenti
0