Dünya 4 milyon rəqəminə çatdı – sonra nə olacaq

© AFP 2023 / TIZIANA FABIТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Koronavirusa ən çox yoluxma halları ABŞ (1 318 031), İspaniya (260 117) və İtaliyada (217 185) qeydə alınıb

BAKI, 9 may — Sputnik. Dünyada koronavirusdan 1 375 812 nəfər sağalıb, 275 329 nəfər isə virusdan ölüb.

Прохожие в медицинских масках на улице в Баку, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ölkədə virusa yoluxma sayının artmasının səbəbi açıqlandı

Sputnik Azərbaycan xəbər verir ki, indiyədək 4 400 498 nəfərə COVID-19 diaqnozu qoyulub.

Xəstəxanaya yerləşdirilən 48 455 pasiyentin vəziyyəti ağırdır.

Ən çox yoluxma halları ABŞ (1 318 031), İspaniya (260 117) və İtaliyada (217 185) qeydə alınıb.

Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 135 569 nəfər yoluxub, 3 689 nəfər ölüb. İranda isə qeydə alınmış yoluxma hallarının sayı isə 104 691-dir. Son məlumata görə, bu ölkədə 6 541 nəfər pandemiyanın qurbanı olub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0