Rəsmi Tehrandan İsraildə səfirlik açmaq istəyən Yerevana xəbərdarlıq

© AFP 2023 / Atta KenareЖенщина возле мечети Имамзаде Салех, Иран
Женщина возле мечети Имамзаде Салех, Иран - Sputnik Azərbaycan
Abunə olmaq
İran XİN-in sözçüsü Abbas Musavi mətbuat konfransında ona bununla bağlı ünvanlanmış suala cavabında ölkəsinin Ermənistan tərəfinə narahatlığını çatdırdığını deyib

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 7 may — Sputnik. İran Xarici İşlər Nazirliyi Ermənistanın İsraildə səfirlik açmaq niyyətinə münasibət bildirib.

İranın Azərbaycandakı səfirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, İran XİN-in sözçüsü Abbas Musavi mətbuat konfransında ona bununla bağlı ünvanlanmış suala cavabında ölkəsinin Ermənistan tərəfinə narahatlığını çatdırdığını deyib.

"Biz narahatlığımızı İsraildə səfirlik açmaq istəyini elan edən Ermənistana da çatdırmışıq. Ümidvarıq ki, Ermənistan dövləti bu qərarını yenidən nəzərdən keçirəcək", - sözçü qeyd edib.

Xəbər lenti
0