Koronavirusa yoluxanların sayı 3,8 milyona yaxınlaşır

© REUTERS / DANISH SIDDIQUIЧеловек скончавшийся от COVİD-19, фото из архива
Человек скончавшийся от COVİD-19, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

BAKI, 7 may — Sputnik. Bu günə olan məlumata görə, dünyada koronavirusa yoluxanların sayı 3 753 112-ə çatıb. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 263 841 nəfər vəfat edib, 1 245 544 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 1 milyon 228 min 603 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə İspaniya ilk yerdədir. Belə ki, bu ölkədə 220 325 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0