Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

İlon Mask və Tom Kruz kosmosda dünyanın ilk döyüş filmini çəkməyə qərar verdilər

© AP Photo / Brent N. Clarke / InvisionАмериканский актёр Том Круз, фото из архива
Американский актёр Том Круз, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Kosmosda reallaşacaq yeni döyüş filminin çəkilişlərinə Hollivud ulduzları ilə yanaşı, NASA da cəlb ediləcək.

BAKI, 5 may — Sputnik. Milyarder İlon Maskın SpaceX şirkəti kosmosda dünyanın ilk döyüş filmini çəkmək qərarına gəlib. Bu filmdə Hollivud aktyoru Tom Kruz çəkiləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Deadline" şirkətə yaxın mənbələrə istinadla yazıb.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, söhbət "Missiya yerinə yetirilməzdir" franşizinin davamından getmir. Bu, erkən mərhələdə olan ayrı bir layihədir və hələlik onun çəkiləcəyi studiya mövcud deyil. Həmin layihənin həyata keçirilməsinə NASA cəlb edilib.

Американский предприниматель и миллиардер Илон Маск - Sputnik Azərbaycan
İlon Maskdan yadplanetli açıqlaması: "Bilmək istəyərdim..."

Daha əvvəl yayılan məlumatda bildirilirdi ki, çəkilişləri İtaliyada aparılan, baş rolu Tom Kruzun oynadığı "Missiya yerinə yetirilməzdir 7" filminin üzərində iş koronavirus pandemiyası səbəbindən dayandırılıb. Tom Kruzun iştirak etdiyi "Top Gun: Maverick" filminin buraxılışı isə epidemiya fonunda iyul ayından 2020-ci ilin dekabrına qədər təxirə salınıb.

Yeni filmin çəkilişləri İlon Maskın ilk ekstravaqant kosmik layihəsi deyil. O, 2018-ci ildə Falcon Heavy raketinin işə salınmasında özünün Tesla şirkətinin başqa elektromobilindən istifadə edib. Qırmızı idman avtomobili stilindəki Tesla Roadster kosmik maşınının sükanı arxasında skafandr geyinmiş maneken otuzdurulub və o, Günəş ətrafında elliptik orbitə çıxarılıb.

Mask avtomobilin "gülüş xatirinə" kosmosa buraxıldığını etiraf edib. Onun sözlərinə görə, yeni bir raket sınaqdan keçirildikdə, mühəndislər onun göyərtəsinə beton blok və yaxud polad parçası kimi nə isə darıxdırıcı bir şey qoyurdular. O, isə maraqlı görünsün deyə, sükan arxasında manekenin oturdulmasını istəyib.

Xəbər lenti
0