Artıq milyonlara keçmişik: koronavirus statistikası

© AFP 2023 / JUAN BARRETOПожилой человек, фото из архива
Пожилой человек, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Koronavirusdan ən çox zərər görən ölkə ABŞ-dır (1,1 milyon nəfər). İspaniyada 213,4 min, İtaliyada 209,3 min, Böyük Britaniyada 183,4 min, Fransada 167,3 min adam koronavirusa yoluxub

BAKI, 3 may — Sputnik. Bazar səhərinə olan məlumata görə, dünyada SARS-CoV-2 koronavirusuna yoluxanların sayı 3.4 milyona çatıb. Sputnik Azərbaycan bildirir ki, məlumatlar Cons Hopkins Universitetinin saytında dərc olunub.

Statistikaya görə, dünyanın 187 ölkəsində 3 421 834 nəfər yoluxub. Bunlardan 243,5 mini dünyasını dəyişib. Bir milyondan çox (1 092 715) adam isə sağalıb.

Koronavirusdan ən çox zərər görən ölkə ABŞ-dır (1,1 milyon nəfər). İspaniyada 213,4 min, İtaliyada 209,3 min, Böyük Britaniyada 183,4 min, Fransada 167,3 min adam koronavirusa yoluxub.

Hazırkı dövrədək Azərbaycanda 1894 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 411 nəfər müalicə olunaraq sağalıb, 25 nəfər vəfat edib, 458 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 23 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 152.597 test aparılıb.

 

Xəbər lenti
0