Şimali Koreya Prezidenti Kim Çen In, arxiv şəkli

Kimi bu dünyadan apara bilər?

36
(Yenilənib 21:25 30.04.2020)
Mütəxəssislərin sözlərinə görə, Şimali Koreya liderinin sağlamlığına həm onun qeyri-sağlam həyat tərzi, həm də irsiyyəti mənfi təsir göstərir

BAKI, 30 aprel — Sputnik. Ekspertlər Şimali Koreya lideri Kim Çen Inın sağlamlıq problemlərini açıqlayıblar və zərərli vərdişlərin onun üçün yaratdığı təhlükəni dəyərləndiriblər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "38 North" nəşri yazır. 

Mütəxəssislərin sözlərinə görə, Şimali Koreya liderinin sağlamlığına həm onun qeyri-sağlam həyat tərzi, həm də irsiyyəti mənfi təsir göstərir. Onun atası Kim Çen İrin və babası Kim İr Senin də ürək tutması nəticəsində vəfat etdiyi məlumdur. KXDR-in hazırkı rəhbərinin atası ölümündən bir neçə il əvvəl insult keçirib. Ekspertlər hesab edirlər ki, Kim Çen Inın da ürək problemləri var.

Bundan başqa, Şimali Koreya lideri patoloji piylənmədən əziyyət çəkir. Belə ki, təxminən 170 santimetr boyu ilə Kim Çen Inın çəkisi 135 kiloqramdan artıqdır. Bunun, eləcə də spirtli içkilərdən, kalorili yeməklərdən və siqaretdən daimi sui-istifadənin fonunda siyasətçi, güman ki, diabet xəstəliyinə tutulub və onda yüksək qan təzyiqi və xolesterin səviyyəsi müşahidə olunur. Bu amillər həmçinin onun ürək-damar sisteminin vəziyyətinə mənfi təsir göstərir.

Ekspertlər hesab edirlər ki, Kim Çen In nevroloji xəstəlik olan fokal distoniyadan əziyyət çəkir. Mütəxəssislərin sözlərinə görə, bu, Şimali Koreya liderinin müntəzəm olaraq sol qolunun qəribə mövqelərdə tutmasını izah edir.

36
Əlaqədar
Şimali Koreyalı diplomat: "Kim sağdır, amma..."
Kim Çen Inın varisinin hazırlanmasına dair məlumatlar yayıldı
Hamı Kimi axtarır, o isə sən demə...
Şimali Koreya lideri kritik vəziyyətdədir – İDDİA
Kim Çen In haqda son xəbər: "Hələlik heç bir şübhəli yerdəyişmə qeydə alınmayıb"

Nümayişçilər Parisi dağıdır: 130 minlik aksiya iğtişaşlarla müşayiət olunur

18
(Yenilənib 00:36 29.11.2020)
Fransada "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsinin 24-cü maddəsinə etiraz aksiyalarında 130 mindən çox adam iştirak edib. 

BAKI, 29 noyabr — Sputnik. Fransada informasiya azadlığına dəstək aksiyalarında 130 mindən çox adam iştirak edib. 

Sputnik Azərbaycan xəbər veiri ki, bu barədə BFMTV telekanalı ölkənin Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.

Ümumilikdə ölkədə "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsinin 24-cü maddəsinə etiraz əlaməti olaraq Fransada 70 nümayiş keçirilib. Nümayişçilər sözügedən maddədə polis və jandarmların çəkilişlərinin aparılmasına qadağa qoyulmasına etiraz edirlər. Onlar bunu ölkədə informasiya azadlığının boğulması kimi qiymətləndirirlər.  

Parisdə dinc aksiyalar şəklində başlayan nümayişlər sonra kütləvi iğtişaşlarla əvəz olunub. Polis və jandarmeriya nümayişçilərə qarşı gözyaşardıcı qaz bombalarından və su şırnağından istifadə edirlər. 

Qeyd edək ki, çərşənbə axşamı, Fransa Milli Assambleyası "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsini ilk oxunuşda qəbul edib. Qanun layihəsinin 24-cü maddəsində "polis və jandarmın sifətinin və identifikasiyasının digər elementlərinin" onların "fiziki və psixi toxunulmazlığına açıq-aşkar zərər yetirmək məqsədilə" yayılmasına görə 1 il müddətinə həbs cəzası və ya 45 min avro cərimə nəzərdə tutulur.

Jurnalist həmkarlar ittifaqları və müxalifət bu normanın tətbiqindən sonra jurnalistlərin və vətəndaşların nümayişlər zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarının işlərini sərbəst şəkildə qeyd ala bilməyəcəklərindən qorxaraq buna qarşı çıxırlar. Hökumət isə dəfələrlə əmin etməyə çalışıb ki, qanun layihəsi jurnalistlərə hüquq-mühafizə orqanlarının əməkdaşlarının çəkilişlərini qadağan etməyəcək.

18
Teqlər:
Fransa
Ziyarətçilər Mixail Nesterovun sərgisində, arxiv şəkli

Rus rəssamın çəkdiyi ikona Londonda ağlasığmaz qiymətə satılıb

13
Hərracın ən qiymətli, 75,25 min funt sterlinqə satılan əsəri Mixail Larionovun (1881-1964) "Balıq və gül natürmort"u olub.

BAKI, 28 noyabr — Sputnik. Rus rəssam Mixail Nesterovun (1862-1942) "Əllə hazırlanmayan xilaskar" ikonası "Bonhams" hərrac evi tərəfindən təşkil olunan rus incəsənəti nümunələri alqı-satqısında 56,5 min funt sterlinqə satılıb.

Sputnik Azərbaycan xəbər verir ki, rus rəssamının əsərinə verilən məbləğ satışı üçün təxmin olunan qiymətdən demək olar ki, iki dəfə az olub.

Hərrac kataloqunda deyildiyi kimi, ikona Nesterovun Moskvadakı Marfo-Mariinski Mərhəmət Monastırının qərb fasadını bəzədiyi mozaikanın daha kiçik bir versiyasıdır.

Hərracın ən qiymətli, 75,25 min funt sterlinqə satılan əsəri Mixail Larionovun (1881-1964) "Balıq və gül natürmort"u olub.

Eyni qiymətə "Karl Faberje" zərgərlik şirkətinin nefrit, qızıl və platindən düzəltdiyi saat satılıb. Aleksandr Moravovun (1878-1951) 1910-cu ildə çəkdiyi "Heyvanların su içdiyi yerdə" rəsminə isə alıcı 69 min funt sterliq pul ödəyib.

13
Teqlər:
rus, hərrac, London, rəssam