"ABŞ başa düşməlidir ki, onun düşməni virusdur, Çin yox"

© AP Photo / Markus SchreiberГраффити президента США Трампа (справа) и президента Китая Си Цзиньпина, целующихся в масках на стене общественного парка Мауэрпарк в Берлине, Германия, фото из архива
Граффити  президента США Трампа (справа) и президента Китая Си Цзиньпина, целующихся в масках на стене общественного парка Мауэрпарк в Берлине, Германия, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 1 milyon 039 min 909 nəfərə çatıb

BAKI, 30 aprel — Sputnik. Birləşmiş Ştatlar başa düşməlidir ki, onun düşməni virusdur, Çin yox. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qen Şuan bildirib.

"Məsuliyyət barədə suala gəldikdə isə, biz dəfələrlə demişik ki, virus bəşəriyyətin düşmənidir. Çin virusun "ortağı" deyil, ondan zərərçəkən tərəfdir", - deyə Qen Şuan vurğulayıb.

Майк Помпео - Sputnik Azərbaycan
"Məlumatları gizlətməyə çalışıblar": Pompeo yenə Çini ittiham etdi

O əlavə edib ki, səhiyyə sahəsində yaşanan dünya böhranı zamanı beynəlxalq ictimaiyyət birləşməli və xəbərləşərək bu problemi həll etməlidir.

Qeyd edək ki, daha əvvəl Donald Tramp ABŞ-ın COVID-19-un Çinin Uhan şəhərində bir laboratoriyada yaradılması versiyasını nəzərdən keçirdiyini və onun mənşəyini təyin etmək niyyətində olduğunu bildirmişdi. Bundan sonra "Reuters" agentliyinə müsahibəsində ABŞ lideri qeyd edib ki, COVID-19 pandemiyası ilə bağlı Çin üçün nəticələrin müxtəlif variantlarını nəzərdən keçirir.

Xatırladaq ki, bu günə olan məlumata görə, dünyada koronavirusa yoluxanların sayı 3194663-ə çatıb.

Məlumata əsasən, virusa yoluxmuş 227671 nəfər vəfat edib, 973460-ı isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 1 milyon 039 min 909 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə İspaniya ilk yerdədir. Belə ki, bu ölkədə 236899 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

 

Xəbər lenti
0