Ermənistanda koronavirusdan ölənlərin sayı 32-yə çatdı

© AFP 2023 / US ARMY/ERIN BOLLING/HANDOUTТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bir sutka ərzində bu ölkədə daha 2 nəfər ölüb. Xəstəlikdən sağalanların sayı 929-a çatıb, hazırda Ermənistanda 1103 nəfər virusdan müalicə alır.

BAKI, 30 aprel — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 2066-ya çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 134 nəfər artıb.

Bundan əlavə, bir sutka ərzində bu ölkədə daha 2 nəfər ölüb. Ermənistanda ümumilikdə bu virusdan ölənlərin sayı 32-dir. Xəstəlikdən sağalanların sayı 929-a çatıb.

Hazırda Ermənistanda 1103 nəfər virusdan müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 milyonu keçib, 211 mindən çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0