"Ümid edirəm ki, yaxşıdır" - Trampdan Şimali Koreya lideri ilə bağlı müəmmalı açıqlama

© REUTERS / CARLOS BARRIAПрезидент США Дональд Трамп, фото из архива
Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Kim Çen Inın müalicə olunduğuna dair xəbərdən sonra media və sosial şəbəkələrdə onun sağlamlığı üçün təhlükə olduğuna dair məlumatlar yayılmağa başlayıb.

BAKI, 28 aprel — Sputnik. ABŞ Prezidenti Donald Tramp Şimali Koreya liderinin özünü necə hiss etdiyini bildiyini deyib, lakin jurnalistlərə bu barədə danışmaqdan imtina edib.

Sputnik Azərbaycan "Politico" nəşrinə istinadən xəbər verir ki, çərşənbə axşamı baş tutmuş mətbuat konfransında Trampa Kim Çen Inın vəziyyəti ilə bağlı sual verilib.

"Mən sizə dəqiq deyə bilmərəm. Çox yaxşı təsəvvürüm var, lakin indi bu barədə danışa bilmərəm. Ona yalnız yaxşılıq arzulayıram. Ümid edirəm ki, yaxşıdır. Mən onun özünü necə hiss etdiyini bilirəm. Siz yəqin ki, tezliklə biləcəksiniz", - ABŞ prezidenti bildirib.

Президент КНДР Ким Чен Ын , фото из архив - Sputnik Azərbaycan
Şimali Koreyalı diplomat: "Kim sağdır, amma..."

Cənubi Koreyanın "Daily NK" nəşrinin Kim Çen Inın müalicə olunduğuna dair xəbərindən sonra media və sosial şəbəkələrdə onun sağlamlığı üçün təhlükə olduğuna dair xəbərlər yayılmağa başlayıb. "Daily NK", eləcə də CNN və Yaponiyanın "Shūkan Gendai" kimi bir sıra digər media qurumları xəbərlərində anonim mənbələrə istinad edir. Həmçinin mediada sosial şəbəkələrdə dərc olunan paylaşımlara istinadən Şimali Koreya liderinin ölümünə dair şayiələr yayılmağa başlayıb.

Cənubi Koreya prezidentinin birləşmə, beynəlxalq münasibətlər və milli təhlükəsizlik üzrə müşaviri Mun Çjon İn Şimali Koreya lideri Kim Çen Inın sağ və salamat olduğunu bildirib.

"Kim Çen In sağ və salamatdır. O, aprelin 13-dən Vonsan yaxınlığındadır. Hələlik heç bir şübhəli yerdəyişmə qeydə alınmayıb", - Cənubi Koreya liderinin məsləhətçisi bildirib.

Bazar ertəsi Kim Çen Inın adından Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Siril Ramafosaya təbrik məktubu və Vonsan-Kalma turizm kompleksinin inşaatçılarına təşəkkür məktubu göndərilib.

Xəbər lenti
0