Türkiyə ABŞ-a tibbi yardım göndərdi

© Photo : Anadolu AjansıTürkiyənin ABŞ-a göndərdiyi tibbi yardım
Türkiyənin ABŞ-a göndərdiyi tibbi yardım - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd edək ki, bu günə olan məlumata görə, dünyada koronavirusa yoluxanların sayı 3 041 777-ə çatıb. Məlumata əsasən, virusa yoluxmuş 211 170 nəfər vəfat edib, 894 337-si isə sağalıb.

BAKI, 28 aprel — Sputnik. Türkiyə yeni növ koronavirusla mübarizəyə yardım məqsədilə ABŞ-a tibbi ləvazimatlarla dolu hərbi kargo təyyarəsi göndərib. Sputnik Türkiyə xəbər verir ki, kargo təyyarəsi artıq Ankaradan havaya qalxıb.

Prezident Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə Türkiyə ABŞ-a cərrahi maska, qoruyucu üz sipəri, N95 maskaları və qoruyucu geyimlər də daxil olmaqla xeyli sayda tibbi ləvazimat göndərib.

Yardım qutularının üzərinə türk və ingilis dillərində Mövlanə Cəlaləddin Ruminin "Ümidsizliyin ardınca neçə ümidlər var. Qaranlığın ardında neçə günəşlər var" yazılıb.

Qeyd edək ki, bu günə olan məlumata görə, dünyada koronavirusa yoluxanların sayı 3 041 777-ə çatıb.

Məlumata əsasən, virusa yoluxmuş 211 170 nəfər vəfat edib, 894 337-si isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 988 min 451 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə İspaniya ilk yerdədir. Belə ki, bu ölkədə 229 422 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0