Çilinin "immunitet pasportları" ÜST-ü narahat edir: virusun yayılmasına kömək edəcək

© REUTERS / Ivan AlvaradoСитуация в связи с эпидемиологической обстановкой в Чили
Ситуация в связи с эпидемиологической обстановкой в Чили - Sputnik Azərbaycan
Abunə olmaq
"Hal-hazırda COVID-19-dan sağalmış və antitelləri olan insanların ikinci dəfə yoluxmadan qorunduğuna dair heç bir dəlil yoxdur", - ÜST bəyanatında deyib

BAKI, 27 aprel — Sputnik. Çili koronavirusdan sağalmış və bir müddət təcrid olunmuş vətəndaşların işə qayıtması üçün onlara şəhadətnamələr verməyə başlayacaq. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "New York Daily News" nəşri yazır.

Buna baxmayaraq səhiyyə rəsmiləri koronavirusdan sağalmanın immunitet yaratdığına zəmanət vermədiyini deyirlər.

Cons Hopkins Universitetinin məlumatına görə, Çilidə koronavirusa 13000-dən çox insan yoluxub və təxminən 200 xəstə dünyasını dəyişib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə bu immunitet şəhadətnamələrin ictimai səhiyyə tövsiyələrini nəzərə almadan virusun yayılmasına kömək edə biləcəyini deyir.

"Hal-hazırda COVID-19-dan sağalmış və antitelləri olan insanların ikinci dəfə yoluxmadan qorunduğuna dair heç bir dəlil yoxdur", - ÜST bəyanatında deyib.

BBC xəbər verir ki, Çili Səhiyyə nazirinin müavini Paula Daza bu riskləri təkzib edib.

"Bildiyimiz odur ki, bir dəfə bu xəstəliyi olmuş insanın yenidən xəstələnmə ehtimalı daha aşağıdır", - Daza bildirib.

Karantin məhdudiyyətlərinin zəifləməsi ilə əlaqədar olaraq bir neçə ölkə öz vətəndaşlarına "immunitet pasportları"nın verilməsi məsələsini müzakirə edir.

 

Xəbər lenti
0