ABŞ işə möhkəm girişib – Yeni testi sınaqdan keçirir

© AP Photo / Kathy WillensПациент с COVİD-19, фото из архива
Пациент с COVİD-19, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Bununla da ölkədə artıq yeddi belə test növü qeydə alınıb. Testlər COVID-19-u aşkar etməyə imkan verəcək.

BAKI, 26 aprel – Sputnik. ABŞ-ın Qida məhsullarının və Dərmanların keyfiyyəti üzrə Sanitar Nəzarət İdarəsi (FDA) koronavirusla bağlı daha üç yeni test sistemini bəyənib.

Ситуация в связи с эпидемиологической обстановкой в Иране - Sputnik Azərbaycan
İranda daha mindən çox adam koronavirusa yoluxdu

Bu barədə Sputnik Azərbaycan CNN-ə istinadən xəbər verir.

Qeyd edilir ki, bununla da ölkədə artıq yeddi belə test növü qeydə alınıb. Testlər COVID-19-u aşkar etməyə imkan verəcək.

Testlərin istehsalı ilə bağlı icazə “DiaSorin”, “Ortho-Clinical Diagnostics” və “Autobio Diagnostics” şirkətlərinə verilib. Bununla belə, onları tətbiq etmək yalnız xüsusi icazə verilmiş laboratoriyalarda mümkündür

Telekanal qeyd edib ki, koronavirus pandemiyası şəraitində test sistemlərinə daha az tələblər var. Buna səbəb kütləvi yoxlamanın xeyri potensial riskləri ötməsidir. FDA etiraf edib ki, hər üç istehsalçının testlərinin nəticələri müsbət və ya mənfi də ola bilər. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0