Şimali Koreya lideri Kim Çen In, arxiv şəkli

Kim Çen Ina görə Çindən Koreyaya xüsusi nümayəndə heyəti gedib

21
(Yenilənib 19:33 25.04.2020)
Çin nümayəndə heyətinə bu ölkənin Kommunist Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin yüksək vəzifəli məmur rəhbərlik edir.

BAKI, 25 aprel — Sputnik. Çin rəhbərliyi Şimali Koreyaya tibb işçilərinin də daxil olduğu xüsusi nümayəndə heyəti göndərib. Sputnik Azərbaycan "Reuters"-ə istinadən xəbər verir ki, nümayəndə heyəti səhhətində problemlərin olduğu iddia olunan Şimali Koreya lideri Kim Çen Inla bağlı məsləhətləşmələr həyata keçirəcək.

Qeyd edək ki, Cənubi Koreyanın "Daily NK"  nəşri daha əvvəl Şimali Koreyadan olan mənbəyə istinadən xəbər verir ki, Kim Çen In hazırda ürək-damar sistemi ilə bağlı əməliyyatdan sonra müalicə kursu alır.

"Reuters" xəbər verir ki, Çin nümayəndə heyətinə bu ölkənin Kommunist Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin yüksək vəzifəli məmur rəhbərlik edir. Nümayəndə heyəti Pekindən Şimali Koreyaya aprelin 23-ü gedib.

Qeyd edək ki, daha əvvəl sosial şəbəkələrdə yayılan məlumatlarda Kim Çen Inın vəfat etdiyi bildirilib.

21

Çin Azərbaycan Ermənistanı siyasi dialoqa çağırdı

21
(Yenilənib 12:41 28.09.2020)
"Çin regional sülhün və sabitliyin təmin edilməsinin Ermənistan və Azərbaycan da daxil olmaqla bütün tərəflərin maraqlarına cavab verdiyini qəbul edir."

BAKI, 28 sentyabr — Sputnik. Çin ümid edir ki, Azərbaycan və Ermənistan Dağlıq Qarabağdakı son gərginlik fonunda sakitlik və təmkin nümayiş etdirəcək və fikir ayrılıqlarını siyasi yolla həll edə biləcəklər.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin bazar ertəsi brifinqdə deyib.

"Çin regional sülhün və sabitliyin təmin edilməsinin Ermənistan və Azərbaycan da daxil olmaqla bütün tərəflərin maraqlarına cavab verdiyini qəbul edir. Ümid edirik ki, müvafiq tərəflər sakitlik və təmkin nümayiş etdirəcək, vəziyyətin daha da gərginləşməsindən qaçacaq və mövcud ziddiyyətləri və fikir ayrılıqlarını siyasi dialoq yolu ilə həll edəcəklər", - diplomat bildirib.

21
Чрезвычайный и полномочный посол Армении в России Вардан Тоганян

Ermənistan səfiri ATƏT-ə yalvarır: "Müdaxilə edin"

109
"Təcili (görüşə) çağırış məsələsi Minsk Qrupunun müstəsna hüququdur... Lakin vəziyyət aydındır və o, həmsədrlərin sürətli müdaxiləsini tələb edir", – Ermənistan səfiri bildirib.

BAKI, 28 sentyabr — Sputnik. Dağlıq Qarabağ ətrafındakı vəziyyət ATƏT-in Minsk Qrupunun həmsədrlərindən sürətli müdaxiləni tələb edir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə RİA Novosti-yə Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan bildirib.

"Təcili (görüşə) çağırış məsələsi Minsk Qrupunun müstəsna hüququdur... Lakin vəziyyət aydındır və o, həmsədrlərin sürətli müdaxiləsini tələb edir", – səfir bildirib.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Azərbaycan Ordusunun ön xətt bölmələri qarşı tərəfin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

109
Глава Минобороны Турции Хулуси Акар

Hulusi Akar: "Ermənistan muzdlu hərbçiləri, terrorçuları geri göndərməlidir"

0
Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar: Türkiyə öz torpaqlarının müdafiəsində Azərbaycanın yanındadır.

BAKI, 28 sentyabr — Sputnik. "Ermənistan dərhal hücumları dayandırmalı, xaricdən gətirdiyi muzdlu hərbçiləri, terrorçuları geri göndərməlidir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar bildirib.

H. Akar deyib ki, Türkiyə öz torpaqlarının müdafiəsində Azərbaycanın yanındadır.

0