Sovet dövrünün əfsanəvi cizgi filmini yaponlar yenidən yaradıb

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidКуклы – персонажи Крокодил Гена и Чебурашка из серии мультфильмов про Чебурашку
Куклы – персонажи Крокодил Гена и Чебурашка из серии мультфильмов про Чебурашку - Sputnik Azərbaycan
Abunə olmaq
Yaponiyadan olan multiplikatorlar 3D texnologiyalarından istifadə edərək "Çeburashka" haqqında qısa bir animasiya filmi çəkiblər.

BAKI, 23 aprel – Sputnik. Yaponiyadan olan multiplikatorlar 3D texnologiyalarından istifadə edərək "Çeburashka" haqqında qısa bir animasiya filmi çəkiblər. Film yapon dilində YouTube-da yayımlanıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, orijinaldan fərqli olaraq, remeyk versiyasında Timsah Gena özü Çeburaşkanı portağal qutusundan tapır. Personajlar pinqvin, dovşan və panda libası geyindikdən sonra, pinqvinlərin suya tullanmasına baxan uşağın ağladığını görürlər. Gena uşağı sakitləşdirmək üçün qarmon çalmağa, Çeburaşka isə oynamağa başlayır. Beləcə ağlayan uşağı sakitləşdirirlər və o, lövhədə Timsah Genanın şəklinin qabağına bir ulduz yapışdırır.

Anime News Network portalının yazdığına görə, bu qısametrajlı film 2010-cu ildə Yaponiyada istehsal edilən Çeburaşka haqqında tammetrajlı filmin premyerasının on illiyinə həsr edilib.

Xəbər lenti
0