Tramp əmr elədi: "Hamısını vurun, məhv edin!"

© REUTERS / JONATHAN ERNSTПрезидент США Дональд Трамп
Президент США Дональд Трамп - Sputnik Azərbaycan
Abunə olmaq
Mən ABŞ HDQ-lərinə bizim gəmiləri dənizdə təqib edəcəkləri təqdirdə İrana məxsus istənilən hərbi gəmiləri vurmağı və məhv etməyi əmr etmişəm

BAKI, 22 aprel — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Tramp Hərbi Dəniz Qüvvələrinə (HDQ) dənizdə ABŞ gəmilərini təqib edən İran hərbi gəmilərini məhv etməyi əmr edib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Donald Tramp öz "Twitter" səhifəsində yazıb.

"Mən ABŞ HDQ-lərinə bizim gəmiləri dənizdə təqib edəcəkləri təqdirdə İrana məxsus istənilən hərbi gəmiləri vurmağı və məhv etməyi əmr etmişəm", - deyə Tramp yazıb.

Xatırladaq ki, ilin əvvəlindən bəri ABŞ – İran münasibətləri yenidən gərginləşib. Belə ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasım Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü "Həşdi-Şaabi" qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla 10 nəfər öldürülüb. İranın Ali dini lideri Əli Xamneyi və İran Prezidenti Q.Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan ediblər.

Yanvarın 8-i isə İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazalarına raket zərbəsi endirib.

Xəbər lenti
0