Skandinaviya ölkələri tibbi səbəblərdən “evdə qal” rejimindən imtina edib

© AFP 2023 / JONATHAN NACKSTRANDСтокгольм, фото из архива
Стокгольм, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Skandinaviyalı həkimlər hesab edirlər ki, sərt karantin rejimi insan sağlamlığına ziyandır: evdə qalmaqla, təmiz havaya çıxmamaqla insanların orqanizmi daha da zəifləyir və virusa qarşı müqavimət qabiliyyətini itirir.

BAKI, 22 aprel – Sputnik. Skandinaviya ölkələrinin sərt karantinin tətbiqindən, xüsusilə də üzrlü bir səbəb olmadan küçəyə çıxmağı qadağan etməkdən imtina etməsi təmiz havanın faydalı olması ilə izah edilib. Bu barədə RİA Novosti-yə Finlandiya təcrübəsindən çıxış edən, ölkənin paytaxt regionunun aparıcı xəstəxanasının həkimi Yoni Ahola bildirib.

Onun sözlərinə görə, gəzinti insan həyatının ayrılmaz bir hissəsidir və problemlərdən xilas olmağa, istirahət etməyə imkan verir. "Gəzinti maddələr mübadiləsinə tamamilə fərqli təsir göstərir və bütün orqanlar üçün faydalıdır. Bu zaman orqanizmin oksigenlə zənginləşməsi və möhkəmlənməsi baş verir", - deyə Ahola vurğulayıb.

Həkim onu da deyib ki, təmiz hava bunlardan əlavə, qoruyucu hüceyrələrin artmasını stimullaşdırır və infeksiya ilə daha sürətli mübarizə aparmağa imkan verir. İmmunitetin möhkəmlənməsinə həmçinin bitki tərəfindən sintez edilən və antibakterial xüsusiyyətlərə malik fitonsidlər təsir göstərir.

Onun fikrincə, evdə fiziki fəaliyyət küçədə gəzintiləri əvəz etməyəcək. Həkim hesab edir ki, evdə qalmaqla, təmiz havaya çıxmamaqla insanların orqanizmi daha da zəifləyir və virusa qarşı müqavimət qabiliyyətini itirir.

Finlandiyada gəzintiyə çıxmağa, küçədə idmanla məşğul olmağa, parklarda və bağçalarda olmağa icazə verilir. Bundan başqa, uşaq meydançaları, eləcə də trenajor zalları açıqdır. İsveç, Danimarka, İslandiya və Norveçdə gəzintiyə məhdudiyyət tətbiq edilməyib. Belçika və Almaniyada ehtiyat tədbirlərinə riayət etməklə qısa gəzintilərə icazə verilir.

Yeni tip koronavirus olan COVİD-19 ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində qeydə alınıb. Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni növ koronavirusun pandemiya kimi xarakterizə oluna biləcəyini açıqlayıb. O vaxtdan dünyanın əksər ölkələrində sərt karantin rejimi tətbiq olunmağa başlayıb.

Xəbər lenti
0