Fransada suda da koronavirus tapıldı

© AFP 2023 / ERIC FEFERBERGВид на Париж, фото из архива
Вид на Париж, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Meriyada bildiriblər ki, hər ehtimala qarşı regional Səhiyyə nazirliyinə müraciət ediblər. Çünki 27 nöqtədən götürülən nümunələrdə “çox az da olsa, yenə də virusun izləri” tapılıb

BAKI, 20 aprel - Sputnik. Parisi texniki su ilə təchiz edən boru xəttində koronavirus izləri aşkarlanıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Le Monde yazıb.

Qeyd olunur ki, bu boru xətti hələ 19-cu əsrdə tikilib. Onun suyu fəvvarələr və küçələri sulamaq üçün istifadə olunduğundan tam təmizlənmir. Meriyada bildiriblər ki, hər ehtimala qarşı regional Səhiyyə nazirliyinə müraciət ediblər. Çünki 27 nöqtədən götürülən nümunələrdə “çox az da olsa, yenə də virusun izləri” tapılıb. Bu sudan istifadə dərhal dayandırılıb.

Şəhər hakimiyyəti bildirib ki, parislilərin narahatlığı üçün əsas yoxdur: Fransa paytaxtını içməli su ilə təmin edən boru xətləri təmiz çıxıb.

Fransa koronavirusa yoluxanların sayına görə ilk beşliyə daxildir. Son məlumatlara görə, burada 152.9 min nəfər koronavirusa yoluxub, 19744 nəfər isə dünyasını dəyişib.

Xəbər lenti
0