Rusiyada tibb işçisi, arxiv şəkli

Bu da "virus süni deyil" deyən çinli alimə rus həmkarından cavab

118
(Yenilənib 22:29 19.04.2020)
A.Butenko qeyd edib ki, virusun attenuasiya ştammını, vaksinləri yaratmaq, eləcə də orta qabiliyyətli virus hissəciklərini sintez etmək mümkündür

BAKI, 19 aprel - Sputnik. “İndi, demək olar ki, mümkün olmayan nəsə yoxdur”.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu sözləri virusologiya üzrə D.İ.İvanovski mükafatı və Elm və texnika üzrə Rusiya Dövlət Mükafatının laureatı Aleksandr Butenko “Qovorit Moskva” radiosuna müsahibəsində deyib. Bununla o, Uhan Virusologiya İnstitutunun başçısı Yuan Çjiminin koronavirusun süni mənşəli olmadığı, laboratoriyada yaradılmadığı iddiasına  münasibət bildirib.

A.Butenko qeyd edib ki, virusun attenuasiya ştammını, vaksinləri yaratmaq, eləcə də orta qabiliyyətli virus hissəciklərini sintez etmək mümkündür.

“Nəzəri olaraq, bu variant mümkündür. Ona görə belə fikirləşirəm ki, son ayların ədəbiyyatı ilə tanışam”, - Butenko izah edib. O qeyd edib ki, infeksiyaların laboratoriyalarda konstruksiyası müalicəni tapmağa yardım edir. Bundan başqa, alim bunu profilaktika və diaqnostikanın vacib elementi sayır.

Bununla yanaşı, alim vurğulayıb ki, günümüzdə dünya təbiət ocaqlı xəstəliklə üz-üzədir.

Onun sözlərinə görə, koronaviruslar “dəyişkənliyə meyllidir, eyni zamanda müəyyən genlərlə mübadilə nəticəsində onlar inkişaf prosesi keçir, insanlar üçün yaxşı və ya pis tərəfə dəyişirlər”.

Bundan başqa, SARS-COV-2-yə bənzər viruslar yarasalardan və təbiətin digər obyektlərindən də alınır.

“Bunun sübutları var. Təsadüfən yaranan, yaxud laboratoriyada alınan viruslara gəlincə, hətta pandemiya bitsə belə, təbiətdə bu cür viruslar qalacaq”, - Butenko qeyd edib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 252 000-i ötüb. Bunların 574 818 nəfəri sağalıb, 154 331 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

118
Mövzu:
Dünyanı cənginə almış bəla (327)
Əlaqədar
“Qırmızı zona”dan reportaj: koronaviruslu xəstənin ürəyi işə düşdü – VİDEO
Koronavirus Azərbaycanda yenə can aldı
Koronavirusa qalib gəlməyin yeni yolu bilindi
Yeni dünyada yeni qaydalar: Koronavirusdan ölən şəxslər necə dəfn edilməlidir?
Çindən şok açıqlama: Koronavirus qurbanlarının sayı çox imiş
Şokolad

Gündə 25 qramı sizi xoşbəxt edə bilər

8
(Yenilənib 00:04 12.07.2020)
Bir çox elm adamlarının fikrincə, tünd şokolad ürək xəstəlikləri riskini azaldır. Eyni zamanda bu şirniyyat təkcə əhval ruhiyyəni yaxşılaşdırmır, həmdə beynin funksiyasını da gücləndirir.

BAKI, 12 iyul — Sputnik. Moskva sağlamlıq departamentinin dietoloqu Antonina Starodubova gün ərzində 15-25 qram şokolad yeməyi məsləhət görüb. 

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, onun fikrincə, bu miqdarda şirniyyat təhlükəsiz və faydalıdır.

Starodubova qeyd edib ki, 25 qram şokolad bir plitka şokoladın təxminən 4/1-nə bərabərdir. Səhərlər acı və tünd şokolad yemək sağlamlıq üçün faydalıdır.

Onun sözlərinə görə, bu məsləhət sağlam insanlar üçündür. Xroniki xəstəliyi olan şəxslər həkimlə məsləhətləşməlidir.

"Tərkibində yüksək miqdarda kakao paxlası (70 faizdən az olmayan) və nisbətən aşağı şəkər (25 faizdən çox olmayan) şokolad növləri faydalı hesab olunur ki, bu da acı sortlara və bəzi tünd şokolad növlərinə uyğundur. Müxtəlif dolğuları olan şokoladlar isə desert növlərinə aiddir" – deyə dietoloq vurğulayıb.

Desert şokoladın kalori miqdarı əlavələr səbəbindən artır, ancaq qoz-fındıq qarışığı olan tünd şokolad istisnadır. Belə şokoladlar bitki zülalı, lif, vitaminlər, minerallar və doymamış yağ turşuları mənbəyi hesab edilir.

Bir çox elm adamlarının fikrincə, tünd şokolad ürək xəstəlikləri riskini azaldır. Eyni zamanda bu şirniyyat təkcə əhval ruhiyyəni yaxşılaşdırmır, həmdə beynin funksiyasını da gücləndirir. Şokolad yaddaşı yaxşılaşdırır, konsentrasiyanı və mürəkkəb problemləri həll etmək qabiliyyətini artırır.

8
Amitabx Baççan, arxiv şəkli

Azərbaycanlıların da sevimlisi olan hind aktyoru koronavirusa yoluxdu

119
(Yenilənib 00:04 12.07.2020)
"Mənim COVID-19-la bağlı testimin nəticəsi müsbət oldu. Məni xəstəxanaya apardılar, ailəm və işçilərim yoxlamadan keçdi, nəticələri gözləyirlər", - deyə aktyor yazıb.

BAKI, 12 iyul – Sputnik. Əfsanəvi hind aktyoru və Bollivud ulduzu Amitabx Baççan koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə aktyor özünün “Twitter”dəki səhifəsində yazıb.

"Mənim COVID-19-la bağlı testimin nəticəsi müsbət oldu. Məni xəstəxanaya apardılar, ailəm və işçilərim yoxlamadan keçdi, nəticələri gözləyirlər", - deyə aktyor yazıb.

​Aktyor həmçinin son 10 gündə onunla yaxın təmasda olanlardan koronavirus testindən keçmələrini xahiş edib.

Baççan Hindistanın bir çox filmlərdə çəkilmiş ən məşhur aktyorlarından biridir. O, ayrı-ayrı filmlərdə yaratdığı uğurlu obrazlara və rollara görə dəfələrlə yüksək mükafatlara layiq görülüb.

Amitabx Baççan oynadığı rollarla Azərbaycanda da məşhurdur və sevilir.

119
Londonda küçələrin birində, arxiv şəkli

Min illərin sirli qətlinin üstü açıldı

0
(Yenilənib 00:04 12.07.2020)
Vendover yaxınlığındakı Uelvik fermasında aparılan qazıntılar zaman kişi skeleti tapılıb. O üzü üstə yerə basdırılıb və əlləri kürəyinin arxasına bağlanıb.

BAKI, 12 iyul — Sputnik. Böyük Britniyada sürətli bir yol çəkmək üçün layihə üzərində çalışan arxeoloqlar, dəmir dövrünə aid insan skeleti tapıblar.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, insan qalıqlarının üzü üstə olması və əllərinin arxadan bağlı olması onun qətlə yetirildiyini sübut edir. Bu barədə layihənin rəsmi saytında məlumat verilib.

Vendover yaxınlığındakı Uelvik fermasında aparılan qazıntılar zaman kişi skeleti tapılıb. O üzü üstə yerə basdırılıb və əlləri kürəyinin arxasına bağlanıb. Bu cür qeyri-adi dəfn üsulu insanın qətl və ya edam qurbanı olduğunu göstərir.

Doktor Reyçel Vuud tapıntını sirli adlandırıb. O, mütəxəssislərin bu ölümün səbəbləri barədə məlumat verə biləcəyinə ümid etdiyini bildirib.

Bununla yanaşı, arxeoloqlar bu ərazidə neolit ​​dövründən orta əsrlərə qədər dörd min il davam edən qədim insanların fəaliyyətlərinin izlərini aşkar ediblər. Belə ki, burada Stounhencə bənzəyən taxtadan hazırlanmış diametri 65 metr olan dəyirmi abidə tapılıb.

Digər maraqlı bir tapıntı, bir qurğuşun tabutdakı skelet olub. Alimlərin fikrincə, bu şəxs yüksək statusa sahib olub. Çünki belə bir bahalı dəfn üsulunu ödəmək üçün imkanları olmalıdır.

0