ABŞ-da koronavirusa yoluxanların sayı 735 mini ötüb

© REUTERS / Brendan McDermidСитуация в связи с эпидемиологической обстановкой в США
Ситуация в связи с эпидемиологической обстановкой в США - Sputnik Azərbaycan
Abunə olmaq
Son məlumatlara görə, dünyada koronavirusa yoluxanların sayı 2,1 milyonu, ölənlərin sayı isə 140 mini keçib

BAKI, 19 aprel — Sputnik. ABŞ-da koronavirusa yoluxanların sayı sutka ərzində 34 min nəfəri ötüb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu ölkədə SARS-CoV-2 koronavirusunun törətdiyi COVID-19 xəstəliyindən 39 min nəfər dünyasını dəyişib. Bu barədə Cons Hopkins Universitetinin saytında bildirilir.

Universitetin məlumatına görə, ABŞ-da yoluxanların sayı 735086 nəfərdir. Bir sutka ərzində 1800-dən çox adam ölüb, ümumilikdə ölənlərin sayı 38910 nəfərdir.

Aprelin 16-dan 17-dək 3857 adam COVID-19-dan dünyasını dəyişib, 31905 nəfərdə koronavirus təsbit olunub.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirus epidemiyasını pandemiya adlandırıb. Son məlumatlara görə, dünyada koronavirusa yoluxanların sayı 2,1 milyonu, ölənlərin sayı isə 140 mini keçib.

 

Xəbər lenti
0