Koronavirusa qalib gəlməyin yeni yolu bilindi

© AFP 2023 / PIERO CRUCIATTIПациент с COVİD-19
Пациент с COVİD-19 - Sputnik Azərbaycan
Abunə olmaq
Professor vətəndaşlara gündə yarım saat velosiped sürmə, avar çəkmə kimi kardioməşqlərlə məşğul olmağı tövsiyə edir.

BAKI, 18 aprel — Sputnik. Fiziki hərəkətlər potensial koronavirus xəstələrinə bu xəstəliyə qələbə çalmağa yardım edə bilər. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Virciniyanın Ali Tibbi Məktəbinin professoru Çen Yan bu barədə araşdırma aparıb.

Müəyyən edilib ki, ürək-damar sistemini gücləndirmək üçün aparılan müntəzəm məşqlər kəskin tənəffüs çətinliyi sindromunun inkişafına mane olur.

Bu koronavirusa yoluxan insanların 20-40 faizində müşahidə edilir və koronavirusdan ölənlərin 50 faizinin ölüm səbəbidir.

Çen Yanın sözlərinə görə, insan orqanizmi təbii yolla antioksidant (hüceyrədənkənar superoksid dismutaz (EcSOD) ) ifraz edir. Onun yaranmasını fiziki fəaliyyət stimullaşdırır. Professor vətəndaşlara gündə yarım saat velosiped sürmə, avar çəkmə kimi kardioməşqlərlə məşğul olmağı tövsiyə edir.

Xəbər lenti
0