Çindən şok açıqlama: Koronavirus qurbanlarının sayı çox imiş

© REUTERS / Aly SongСитуация в связи с эпидемиологической обстановкой в Китае
Ситуация в связи с эпидемиологической обстановкой в Китае  - Sputnik Azərbaycan
Abunə olmaq
Bugünkü rəqəmlərə görə, bütün Çində 4636 nəfər koronavirusdan ölüb. Aprelin 16-da bu rəqəm 3342 idi.

BAKI, 17 aprel — Sputnik. Koronavirus pandemiyasının episentri hesab olunan Çinin Uhan şəhərində COVID-19 xəstəliyindən ölümlərin sayı yenidən nəzərdən keçirilib və ölüm hallarının daha çox olduğu aşkar edilib.

Больница, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Koronavirusa yoluxmuş jurnalist xəstəliyin "qəribəlikləri" haqqında danışıb

Sputnik Azərbaycan "RT" agentliyinə istinadən xəbər verir ki, rəsmilər 1300-ə yaxın ölüm halının "gecikmələr" və "nöqsanlar" üzündən qeydə alınmadığını deyib.

Belə ki, Uhanın rəsmiləri bu gün şəhərdə ölənlərin siyahısına daha 1290 nəfərin adını əlavə ediblər. Nəticədə şəhərdə ölümlərin sayı 50 faiz artıb. Bugünkü rəqəmlərə görə, Uhanda 3869 nəfər, bütün Çində isə 4636 nəfər koronavirusdan ölüb. Aprelin 16-da bu rəqəmlər müvafiq olaraq 2,579 və 3342 idi.

Şəhər rəsmiləri bildiriblər ki, "yanlış hesabat, gecikmələr və ölüm hallarının nəzərdən qaçması" səbəbi ilə yaranmış qeyri-dəqiqliyi aradan qaldırmaq üçün ölüm hallarının sayına yenidən baxmaq lazım gəlib.

"Epidemiyanın erkən mərhələsində xəstələrin qəbulu və müalicə edilməsi üçün kifayət qədər potensialın olmaması səbəbindən tibbi müəssisələrin kiçik bir hissəsi Xəstəliklərin Qarşısının Alınması və Profilaktikası İnformasiya Sisteminə vaxtında qoşula bilməyib", - Uhanın səhiyyə rəsmiləri bildirib.

Onlar bu rəqəmlərin düzəldilməsi üçün statistik tədqiqatın aparıldığını əlavə ediblər.

"Gecikmiş və nəzərdən qaçmış hesabatlar, yanlış müsbət nəticələr olub", - bəyanatda bildirilir.

Keçən ilin sonunda Uhanda koronavirus epidemiyası başlayıb. Lokal epidemiya sonradan qlobal səhiyyə böhranına çevrilərək dünya üzrə 2 milyondan çox insanın yoluxmasına və təxminən 145 min insanın ölümünə səbəb olub.

Koronavirusdan sağalan şəxslər yenidən bu xəstəliyə yoluxa bilər

İntensiv karantin tədbirləri nəticəsində Çin öz daxilində epidemiyanı dayandıra bilib. Ölkədə ümumilikdə təxminən 83,000 yoluxma halı qeydə alınıb və yeni xəstələrin sayı çox azdır.

Hazırda Avropa və ABŞ bu ölümcül patogenin əsas yayılma mərkəzlərinə çevrilərək, ölüm sayına görə Çini bir neçə dəfə geridə qoyublar. Çinin 5000 nəfəri keçməyən nisbətən kiçik ölüm statistikası isə ABŞ rəsmilərinin bəzi ittihamlarına səbəb olub. Belə ki, amerikalı siyasətçilər Çini ölüm və yeni xəstəlik hallarını xeyli azaltdığını, Pekinin böhranın miqyasını "gizlətmək" üçün Ümumdünya Səhiyyə Təşkilatı ilə razılığa gəldiyini iddia edirlər. Lakin bu iddianı təsdiq etmək üçün sübut təqdim olunmayıb.

Xəbər lenti
0