Lukaşenko "yavaş və sakit şəkildə" məktəbə qayıtmaq tapşırığını verib

© Sputnik / Mikhail Klimentyev / Mediabanka keçidПрезидент Белоруссии Александр Лукашенко, фото из архива
Президент Белоруссии Александр Лукашенко, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

BAKI, 17 aprel — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko gələn həftədən etibarən məktəblərdə tədris prosesinin "yavaş və sakit şəkildə" bərpasını istəyib. Bu barədə Sputnik Azərbaycan "BELTA"-ya istinadən xəbər verir.

"Təhsil, məktəb və digər sahələrdə də insanların qeydinə qalmaq lazımdır, öyrənməyə başlamaq lazımdır. (...) Kəndlərdə problem yoxdur", - deyə Lukaşenko qeyd edib.

O hesab edir ki, əgər uşaqların məktəbdə təhsil imkanı varsa, epidemioloji vəziyyət də əlverişlidirsə, onda qoy "məşğul olsunlar": "Şəhərlərdə isə uşaqların təhsil prosesinə qayıtması üçün bir həftə lazım ola bilər. Mərhələli şəkildə tədrisə geri qayıtmaq lazımdır".

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2,1 milyonu keçib, 146 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0