“Heyvanları yemək insanları diz üstə qoydu” – yeni koronavirus “səbəbkarları”

© pixabay / TapisRougeAxşam yeməyi, arxiv şəkli
Axşam yeməyi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"İndi biz gördük ki, heyvanları yemək insanları diz üstə qoyub. Ona görə hesab edirəm ki, başqa növləri məhv etməmək üçün dünyamızı yenidən tədqiq etməliyik"

BAKI, 16 aprel – Sputnik. Britaniyalı musiqiçi, “Queen” qrupunun gitaraçısı Brayan Mey hesab edir ki, koronavirus pandemiyasında günahkar ət yeyən insanlardır.

Sputnik Azərbaycan bildirir ki, bu barədə NME yazır.

Meyin sözlərinə görə, son hadisələr bir çoxlarını bu məhsula münasibətlərinə yenidən baxmağa vadar etdi. Xüsusilə də sosial şəbəkədə ilk yoluxma halının Uhanda, ekzotik heyvanlar bişirilən və satılan bazarda aşkarlanması haqda məlumat yayılandan sonra (düzü, bu, nəzəriyyənin rəsmi təsdiqi yoxdur – red.).

“Görünür, bu pandemiya, doğrudan da, heyvanları yeyənlərdən yayılmağa başlayıb. İndi mən daha da əmin oldum ki, ət yemək sağlamlıq üçün elə də faydalı deyil”, - Brayan Mey deyib.

Yanvarda musiqiçi vegetarian olmağa qərar verib, indi isə nəyisə dəyişə bilmək ümidi ilə bu təlimlə dərindən maraqlanır.

​“Üç aydır ki, bu cür həyat tərzi keçiriəm. Əvvəlcə bu mənimçün bir eksperiment idi. Hər halda, uzun müddət heyvan müdafiəçisi olmuşam, amma ilk vaxtlarda ət yeyirdim. İndi biz gördük ki, heyvanları yemək insanları diz üstə qoyub. Ona görə hesab edirəm ki, başqa növləri məhv etməmək üçün dünyamızı yenidən tədqiq etməliyik”, - Mey deyib.

Xəbər lenti
0