Ronaldodan maraqlı paylaşım: “Birləşək!” - FOTO

© REUTERS / ALBERTO LINGRIA"Yuventus" klubunun hücumçusu Kriştianu Ronaldu
Yuventus klubunun hücumçusu Kriştianu Ronaldu  - Sputnik Azərbaycan
Abunə olmaq
“Dünyadakı bu çətin dönəmdə çox vacibdir ki, biz birləşək və həmrəy olaq. Gəlin, kömək olmaq üçün gücümüz çatanı edək”

BAKI, 11 aprel — Sputnik. “Yuventus”un və Portuqaliya milli yığma komandasının hücumçusu Kriştiano Ronaldo koronavirusla əlaqədar azarkeşlərə müraciət edib.

Sputnik Azərbaycan xəbər verir ki, o, özünün rəsmi "Instagram" səhifəsində vətəni Portuqaliya və 2018-ci ildən çempionatında oynadığı İtaliyanın dövlət bayrağı əks olunan maskalı şəkilləri paylaşaraq bu sözləri yazıb: “Dünyadakı bu çətin dönəmdə çox vacibdir ki, biz birləşək və həmrəy olaq. Gəlin, kömək olmaq üçün gücümüz çatanı edək”

A post shared by Cristiano Ronaldo (@cristiano) on

Qeyd edək ki, Kriştianu Ronaldo çıxış etdiyi "Yuventus" klubdan 3 aylıq maaşını minimuma endirib. Buna baxmayaraq onun karyerası boyu ümumi gəlirləri 1 milyard dollara yaxındır.

Xəbər lenti
0