Sankt-Peterburq Arena stadionu

Aprelin sonunda hansı şəhərlərin AVRO-nu qəbul etməyə hazır olduğu aydın olacaq

14
(Yenilənib 17:12 09.04.2020)
Futbol üzrə 2020-ci il Avropa Çempionatının oyunlarına ev sahibliyi edən şəhərlərin sayının azaldıla biləcəyi bildirilir

BAKI, 9 aprel — Sputnik. Futbol üzrə 2020-ci il Avropa Çempionatına ev sahibliyi edəcək şəhərlərin zəmanətlərinin təsdiqlənməsi üçün son tarix aprelin sonlarına təyin edilib, bundan sonra kimin turniri keçirməyə hazır olduğunu deyə bilərik.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə AVRO-nun Sankt-Peterburqda Təşkilat Komitəsinin baş direktoru Aleksey Sorokin deyib.

Cümə axşamı "Daily Mail" nəşri AVRO-2020 oyunlarına ev sahibliyi edən şəhərlərin sayının azaldıla biləcəyini bildirib.

"Tezliklə hər şey aydın olacaq, çünki aprelin sonuna təyin edilmiş son tarix var. Zəmanətlər o vaxt təsdiqlənməlidir. Bundan sonra hansı şəhərlərin öhdəliklərini təsdiqləməyə və nəticədə AVRO-nun təşkilində iştiraklarını davam etməyə hazır olduqlarını və hansıların hazır olmadıqlarını əminliklə demək mümkün olacaq", - Sorokin RİA Novosti-yə bildirib.

İyunun 12-dən iyulun 12-dək Bakı da daxil olmaqla Avropanın 12 şəhərində keçirilməsi planlaşdırılan AVRO-2020 koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınıb.

 

14
Əlaqədar
KİV: AVRO-2020-ni qəbul edən şəhərlərin sayı azaldıla bilər
UEFA oyunların keçiriləcəyi şəhərlərlə AVRO matçlarının cədvəlini müzakirə edəcək
Çempionlar Liqası, Avropa Liqası və AVRO klassikasına UEFA.tv-də baxın
UEFA yeni qərarlar qəbul etdi
Məşhur futbolçu peyvəndə qarşı çıxdı: "Bura sizə oynamaq yeri deyil!"
Ginnesin Rekordlar kitabının sertifikatı, arxiv şəkli

Çinli iki metr yarıma yaxın boyu ilə Ginnesin Rekordlar Kitabına düşmək istəyir - VİDEO

16
14 yaşlı Keyu Ren Çinin Sichuan əyalətində yaşayan orta məktəb şagirdidir. Ən yüksək qapılardan keçəndə belə başını əyməli olan Ren, bəzən yeriməkdə çətinlik çəkir.

BAKI, 24 oktyabr — Sputnik. Çində yaşayan 14 yaşlı Keyu Ren 2 metr 21 santimetr boyu ilə Ginnesin Rekordlar Kitabına düşmək üçün müraciət edib.

Sputnik Azərbaycan "TRThaber"ə istinadla xəbər verir ki, Keyu Ren Çinin Sichuan əyalətində yaşayan orta məktəb şagirdidir. 14 yaşlı Reni yaşıdlarından fərqləndirən ən vacib xüsusiyyət 2 metr 21 santimetr uzunluğunda olmasıdır. Ən yüksək qapılardan keçəndə belə başını əyməli olan Ren, bəzən yeriməkdə çətinlik çəkir.

Ren 13-18 yaş kateqoriyasında 2 metr 21 santimetr hündürlüyündə Rekordlar Kitabına namizəd kimi göstərilib. Ren müsbət cavab alacağını gözləyir.

Qeyd edək ki, indiyədək dünyada ən uzun yeniyetmə kimi 2015-ci ildə 2 metr 15 santimetr boyu ilə ABŞ-dan olan Kevin Bradford Rekordlar Kitabına düşüb.

16
Neft, arxiv şəkli

Neft pandemiyanın ikinci dalğasına dair narahatlıqlar fonunda həftəni itkilərlə tamamlayır

11
(Yenilənib 20:47 24.10.2020)
ABŞ və Avropada artan koronavirusa yoluxma hallarının enerji tələbatına təsirsiz ötüşməyəcəyi ilə bağlı narahatlıqlar neftin qiymətində itkilərə səbəb olub. Nəticədə neft qiymətləri həftəni az da olsa itkilərlə tamamlamağa doğru irəliləyir.

BAKI, 24 oktyabr — Sputnik. Birjalarda neft qiymətləri koronavirusun ikinci dalğasına dair artan narahatlıqlar fonunda həftəni itkilərlə tamamlayır.

Sputnik Azərbaycan xəbər verir ki, ABŞ və Avropada artan koronavirusa yoluxma hallarının enerji tələbatına təsirsiz ötüşməyəcəyi ilə bağlı narahatlıqlar neftin qiymətində itkilərə səbəb olub. Nəticədə neft qiymətləri həftəni az da olsa itkilərlə tamamlamağa doğru irəliləyir.

Rusiya Prezidenti Vladimir Putinin ehtiyac duyulacağı təqdirdə hasilat məhdudiyyətlərini artıra biləcəklərini söyləməsi həftə ərzində neft qiymətlərinin yuxarı istiqamətli dəyişməsinə dəstək olub. V.Putinin şərhi "OPEC+" koalisiyasının yanvar ayında istehsal məhdudiyyətlərini azaltmaqla bağlı planını təxirə sala biləcəyinə işarə kimi qiymətləndirilir.

Lakin koronavirus epidemiyasındakı ikinci dalğanın Avropa və ABŞ-da enerji tələbatını alt-üst edəcəyinə dair narahatlıqlar durmadan artır. ABŞ-ın bəzi ştatlarında artan koronavirus hadisələri ölkədəki benzin ehtiyatlarında may ayından bəri ən böyük artıma səbəb olub.

Ekspertlərə görə, hazırda 40 dollar/barel civarında dəyişən neft qiymətləri Liviya kimi ölkələrdə artan hasilat fonunda bazarı daha təmkinli olmağa vadar edir. Bazar gözləntiləri isə "OPEC+"un planlaşdırdığı istehsal artımına getməyəcəyi istiqamətində dəyişir.

"Brent" neftinin bir bareli Londonun ICE birjasında 41,77 dollara, "Light" markalı neftin bir bareli isə Nyu-Yorkun NYMEX birjasında 39,85 dollara alıcı axtarır.

11